Daxili İşlər Nazirliyi (Din-in ) Daxili Qoşunların həyatında öz dəsti- xətti və xüsusi xidmətləri olan, dərin zəkası yüksək peşəkarlığı, humanistliyi, səmiyyəti,dəqiqliyi,təmkinliyi, vətənpərvərliyi, işgüzarlığı, iradi və mənəvi- keyfiyyəti ilə, seçilən ömrünün ən məhsuldar dövrünün 35 ildən çox şərəfli xidmət yolunun 3- ilini Cəmşid Naxçıvanski adına hərbi liseydə, 4- ilini Ali hərbi məktəbdə, 28-ilini isə Din-in Daxili Qoşunlarında keçirmiş, Silahlı Qüvvələr və Müharibə Veteranı- ehtiyatda olan polkovnik leytenant Abıyev İlham Qurbanqulu oğlunuun dekabr ayının 20 – də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün sınaqlarından alını acıq və üzüağ cıxan Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik- leytenant Abıyev İlham Qurbanqulu oğlunu doğum günü münasibətilə,Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, iş yoldaşları , əzizləri doğmaları səmimi qəlbdən mtəbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzu edib deyirlər, İlham qoy yaşının üstə gələn bu yaş da,sənə sevincdolu günlər bəxş etsin və hər yeni ilin isə ötən ilərdən, daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin!
Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan- polkovnik- leytenant Abıyev İlham Qurbanqulu oğlu 20 dekabr 1969-cu ildə Salyan rayonda zəhmətkeş ailədə anadan olub. 1977-ci ildə Salyan şəhər 4 (dörd) saylı orta məktəbə daxil olub və 1984 -cü ildə yüksək bala Cəmşid Naxçıvanski adına liseyə daxil olub. 1987-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 1991 – ci ildə Ukrayna Respublikasının Poltava şəhərində yerləşən Poltava Ali Hərbi Rabitəçi Komandirlər məktəbinii, 2015- ci ildə isə Silahlı Qüvvələr Akademiyasını bitirib.
İlham Qurbanqulu oğlu Abıyev 1991 — 2020-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Konvoy (Mühafizə) Alayinda, Ağdam, Füzuli, Binəqədi, Xətai və Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə və Əlahiddə Dayaq Rabitə qovşağında Rabitə xidmət rəisi, Dayaq Rabitə Qovşağ rəisinin müavini, Dayaq Rabitə Qovşağının rəisi, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə Rabitə şöbəsinin baş zabiti , Xüsusi Rabitə xidmətinin rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
İlham Abıyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
İlham Qyrbanqulu oğlu Abıyev Azərbaycan Respublikasında ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqaləda hallar (fövqaləda vəziyyət və komendant saatı) zamanı hüquqi rejim tədbirlərin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
İlham Abıyev, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümnə olmuşdur.
Polkovnik leytenant İlham Abıyev, Azərbaycanın Respubilkası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,AzərbaycanRespublikası Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxilii qoşunların dğyüş xidməti nizamnamələrinin və digər hüquqi- normativ aktların tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlan dırmışdır.
O, daimi, həmişə ləyaqətinin şərəfinin, işgüzar fəalıyyətının toxunmazlığnı gözləmiş, nüfuzunu qorumuş vüqarını daima yüksək saxlayaraq ,alını açıq və başı uca gəzmişdir. Xalqa, elə obaya dövlətə xidmət ,özdə etdiklərini sinəsi el-oba qatqılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.
Hərbi xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə,döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təhsil aldıgı hərbi lisey və ali təhsil müəssisələrin rəhbərlərinin, hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə, döyüş və ictimai hazırlığındakı əla göstəricilərə görə əlacı, yubiley və müvafiq idman dərəcələri döş nisanları ilə təltif olunub, bir cox təşəkkürnamələr ilə,fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi döyüş əməliyyatlarında, Azərbaycanın Respubilkasının ərazi bütövlüyünün təmin edilməsində, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezıdenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
“ Hərbi xidmətdə fəriqləndiyinə görə 3 -dərəcəli medala ilə;
“Azərbaycan Respubilkası Silahlı Qüvvələr Veteranı” medalı ilə;
“Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
“Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10-illiyi (1991-2001)” yubiley medalı ilə;
7.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90-illiyi (1918-2008)” yubiley medalı ilə;
8.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95-illiyi (1918-2008)” yubiley medalı ilə;
9.SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə.
Abıyev İlham Qurbanqulu oğlu Azərbaycan Respublikasının Prezidentının 11 mart 2008-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə, gösdərdiyi şücaət və igidliyə,öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalla təltif olunub:
“Hərbi xidmətlərə görə” medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN İLHAM !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder