İnsan ücün həyatda ən yadda qalan günlərdən biri onun doğum günüdür. Yaşın üstə yaş gələndə insan daha da kamilləşir. Belə insanlardan biri də Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik-leytenant Rzayev Zabil Xanış oğludur. Dekabr ayının 10-da onun dünyaya göz açdığı gündür.
Daimi həyatın bütün cətinluiklərindən alnıaçıq vəüzüağ çıxan, Silahlı Qüvvələr və Müharibə Veteranı- ehtiyatda olan polkovnik- leytenant Rzayev Zabil Xanış oğlunu doğum günü münasibəti ilə Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarinda bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Zabil qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu günlər bəxş etsin və hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.
Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik leytenant Rzayev Zabil Xanış oğlu 10 dekabr 1967-cı ildə Yardımlı rayonunun Köryədi kəndində zəhmətkeş ailədə anadan olub.
1985 -ci ildə Yardımlı rayonunun Köryədi kənd orta məktəbi, 1993-cü ildə Azərbaycan Dövlət Texniki Ünverstetinin «mexanika» fakultəsini ,1994-cü ildə Daxil Qoşunların Baş idarəsinin Nərimanov rayonunda yerləşən hərbi hissədə zabitlərin ixtisas artırma kursunu bitirib. O,Daxili Qoşunlarlarda xidmət etdiyi illər ərzində Qoşunların Baş İdarəsində,tədris mərkəzlərində və hərbi hissələrində keçirilən bir çox təlim metodiki toplanışlarda, xüsusi taktiki təlimlərdə, komanda- qərargah məşqlərində, müvafiq ixtisasartırma kurslarında, seminar və konfranslarda fəal iştirak etmişdir.
Zabil Rzayev 1985- 1987-ci illərdə Sovet Ordusunun Moskva şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olmuşdur
Polkovnik- leytenant Rzayev Zabil Xanış oğlu 1992-1993- cü illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin konvoy (Mühafizə) alayında taqım və böluk komandiri, 1993-2016 -ci illərdə isə Daxili Qoşunların Baş İdarəsinin Zaqatala, Zəngilan, Ağdam, Ağdərə, Füzuli, Xətai, Sabuncu, Binəqədi, Quba, Nərimanov və Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrində böluk komandiri, Əlahiddə tabor komandirinin müavinini, avtomobil və zirehli texnika xidmətin rəisi, hərbi hissə komandirinin silah və texnika üzrə müavini, hərbi hissə komandirinin maddi- texniki təminat xidməti üzrə müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir. 2017 ci ildən etibarən Zabil Rzayev Abşeron rayon Mehdiabat qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini vəzifəsində işləyir.
Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmir və sərəncamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabeçiliyində olanlar üçün daimi şəxsi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,dövlət əhəmiyyətli obyektlərin, islah-əmək müəsissələrin,hərbi təchizat anbarların, hüquq mühafizə orqanların inzibatı binalarının mühafizə olunmasında, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar ( fövqaladə vəziyyət və komendant saatı) zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində,dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
O, Din-in Daxili Qoşunlarında xidməti etdiyi illər ərzində özünü qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, zəhmətkeş və qayğıkeş zabit kimi göstərmişdir. Zabil Rzayev istər anadan olduğu və yaşadığı ərazidə, təhsil aldığı orta və ali təhsil müəsələrində, Müdafiə Nazirliyinin zabitlərin təhkimləşdirmə kursunda, istərsə də xidmət etdiyi və işlədiyi mühütdə, dost- tanış , qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında və hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə, əlacı döş və yubiley nişanları ilə təltif olunub,bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifə borclarını, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili işlər nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
“ Azərbaycan Respubilkası Silahlı Qüvvələri Veteranı” medalı ilə;
2.” Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.” Qusursuz xidmətə görə 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 10-iliyi (1991-2001)” yubiley medalı ilə;
6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 90 -illiyi (1918-2008)” yubiley medalı ilə;
7.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 95-iliyi (1918-2013)” yubiley medalı ilə .
Azərbaycan Respublikası Prezidentinin 08 mart 2014 -cü il tarixli sərəncamına əsasən Polkovnik leytenant Rzayev Zabil Xanış oğlu DİN-in Daxili Qoşunların yaranmasının 22-ci ildönümü ilə əlaqədar olaraq dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə görə, döyüş zamanı igidlik göstərdiyinə görə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə “Hərbi xidmətə görə” medalı ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
ZABİL !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder