Yüksək peşəkarlığı, humanistliyi,işgüzarlığı, dəqiqliyi, təmkinliyi, sadəliyi,iradı, mənəvi keyfiyyəti, eləcədə, bədən tərbiyəsi və idman sahəsində qazandığı uğur və naliyyətlər ilə seçilən ömrünün ən məhsuldar dövrünün 42 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə və İdman sahəsində keçirən müharibə veteranı və SSRİ idman ustası istefada olan mayor Səfərəliyev Nizam Mühəddin oğlunun dekabr ayinin 11 – də dünyaya göz acdığı gündür.
Daim həyatın bütün cətinliklərindən alnıaçıq və üzü ağ çıxan, SSRİ İdman ustası, Silahlı Qüvvələr və Müharibə Veteranı - istefada olan mayor Nizam Səfərəliyevi doğum gün münasibəti ilə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Nizam qoy yaşının üstə gələn bu yaşda sənə sevincdolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
İstefada olan- Mayor Səfərəliyev Nizam Mühəddin oğlu 11 dekabr 1963 -cü ildə Gürcüstan Respublikasının Abxaziya Muxtar Respublikasının Oçamçira rayonunda zəhmətkeş ailədə dünyaya göz açıb.
1981 - ci ildə Bakı şəhər Təhsi İdarəsinin Nərimanov rayonunda yerləşən orta məktəbi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitrib. O,Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində, eləcədə Azərbaycan Respublikasının yığma komandasının tərkibində keçirilən bir çox toplanışlarda, məşqlərdə (təlimlərdə) seminar və konfranslarda fəal iştirak etmişdir.
Mayor Nizam Səfərəliyev 1982-1983-cü illərdə Sovet ordusunun Bakı şəhərində yerləşən Mərkəzi ordu kulubunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
1988- 1991-ci illərdə SSRİ Daxili işlər nazirliyi Daxili Qoşunların Bakı şəhərində yerləşən Konvoy (Mühafizə) və Əməliyyat alaylarında idman üzrə baş təlimatçı,diviziya komandirinin auditantu vəzifələrində xidmət etmişdir.
İdman ustası mayor Səfərəliyev Nizam Mühəddin oğlu, 1992-2008-ci illərdə Azərbaycan Respublikasının Daxili Qoşunların Baş İdarəsinin Konvoy (Mühafizə) alayında idman və fiziki hazırlıq rəisi, Daxili Qoşunların Bas İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissədə Xüsusi təyinatlı taqım komandiri, Daxili Qoşunların Baş İdarəsinin əlahiddə idman bölüyünün komandiri və əlahiddə İdman komandasının rəis müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.O, 2009-cu ildən etibarən İdman sahəsində peşəkar məşqçi işləyir.
Nizam Səfərəliyin hazırladığı və məşq edirdiyi bir cox idmançılar ölkə, avropa, dünya cempionatların və beynəlxalq turnirlərdə ən yüksək nəticələr əldə etmişlər.
Mayor Səfərəliyev Nizam Mühəddin oğlu bir çox Azərbaycan, SSRİ və Avropa çempionatlarında, Beynalxaq turnirlərdə, Daxili İşlər və Müdafiə Nazirliklərinin, təşkil etdiyi yarışlarda (hərbçilərin çempionatlarında) iştirak edərək cempion olmuşdur. Nizam İdman sahəsində yüksək göstəricilərə nail olduğuna görə SSRİ idman ustası adına layiq görülmüş, qızıl,gümüş və bürünc medalarla təltf olnub.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi göstərmişdir. O,istər yaşadığı ərazidə, oxuduğu və təhsil aldığı təhsil müəssisələrində , məşq etdiyi idman klublarında, istərsə də, xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum -əqraba arasında özünə layiq hörmət qazanmışdır.
Nizam Səfərəliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi və idmancı kımı göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur
Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmir və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində Nizam Səfərəliyev öz tabeçiliyində olanlar üçün daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qayda Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşısının alınmasında, dövlət əhəmiyyətli obyektlərin, cəzacəkmə müəsissələrin mühafizə olunmasında, qəzalar,bədbəxt hadisələr yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə haılar ( fövqaladə vəziyyət və komendat saatı) zamanı hüquqi rejim tədbirlərin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyası hazırlığında və hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Din-in Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə, əlacı, idman və yubiley döş nişanları ilə təltif edilib, bir cox fərmanlarla, diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi xidmətdə və İdman sahəsində xüsusi fəriqləndiyinə görə, müharibə veteranı- istefada olan mayor Nizam Səfərəliyev Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1.”Azərbaycan Respubilkası Silahlı Qüvvələri Veteranı” medalı ilə;
2.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3.”Qusursursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.”Qusursuz xidmətə görə” 3- cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10-illiyi (1991-2001)” yubiley medalı ilə;
6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90-iliyi (1918-2008) yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN NİZAM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder