Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il kecir.
Bu gün Azərbaycanın qürur duyacaq uğurlarının miqyası olduqca genişdir.
Ümummilli Lider Heydər Əliyevin daim səsləndirdiyimiz “Nə qədər ki Azərbaycan var, mən də varam.
Mən isə Azərbaycanda əbədi olacağam!” çağırışı Onun dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin, bu günümüz üçün yaratdığı möhkəm təməlin təqdimatıdır.
Ümummilli Lider Heydər Əliyevin daim səsləndirdiyimiz “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” çağırışı Onun dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin, bu günümüz üçün yaratdığı möhkəm təməlin təqdimatıdır. Azərbaycanın dövlətçilik tarixinin Heydər Əliyev dövrü xilaskarlıqla yanaşı, quruculuq missiyası ilə də xarakterizə edilir. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan ən çətin dövrünü yaşayanda xalq öz xilaskarını axtardı. Xalqımız əmin idi ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün çətinliklər dəf ediləcək, Azərbaycan inkişaf, tərəqqi dövrünə qədəm qoyacaq.Təbii ki, hər bir uğur böyük səylərin, qətiyyətin nəticəsidir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, müstəqillik tariximizin ayrı-ayrı mərhələləri tarixi paralellər fonunda müqayisə edilməli, müstəqillik yolumuzun heç də hamar olmaması ilə bağlı indiki və gələcək nəsillər məlumatlandırılmalıdırlar.
İlham Rəsulzadə.
Hiç yorum yok:
Yorum Gönder