Şəhid Adil Əmrah oğlu Rüstəmovun doğum günüdür.



Azərbaycan Bayrağı ordenli  Cənnətdə 60 yaşı tamam olur.

Şəhid Adil Rüstəmov 23 dekabr 1963-cü ildə Zəngilan şəhərində anadan olub. Atasının işi ilə əlaqədar uşaqlıq və yeniyetmə çağları İmişli rayonunda keçib. Bəhrəmtəpə 8 illik məktəbini, 1983-cü ildə isə Bakı Politexnik Texnikumunu bitirib.

Qazaxıstanın Şevçenko şəhərində milis serjantı rütbəsində hərbi xidmətdə olub. Nazirlər Soveti sədrinin şəxsi mühafizə dəstəsinə qəbul edilib.

1990-cı illərdə Zəngilana qayıdıb. "Ziya" adlı kiçik müəssisə yaradıb. Müəssisəsinin imkanları ilə Milli Orduya 20.000 manat, şəhid Pirqulu İsmayılovun ailəsinə isə ayda 2.500 manat yardımlar edib. Daha sonra Azərbaycan Milli Ordusuna yazılıb, rota komandiri, ardınca kəşfiyyat komandiri təyin edilib.

1992-ci il dekabrın 10-da Şayıflı stansiyasında düşmənlə əlbəyaxa döyüşdə işgəncələrlə qətlə yetirilib.

Məzarı Zəngilan şəhər qəbiristanlığındadır. 
Mövludun mübarək Şəhidim.

Hiç yorum yok:

Yorum Gönder

Pages