Daxili İşlər Nazirliyinin (Din-in) islah- əmək müəssisələrinin və Din-in. Daxili Qoşunlarının həyatında öz dəst - xətti olan, yüksək peşəkarlığı,dərin zəkası, gözəl nitq qabiliyyəti ilə seçilən, müharibə veteranı - polkovnik Sabir Məcid oğlu Aşurov yaşasaydı dekabr ayının 17-də 68 yaşı tamam olacaqdı.
Polkovnik Aşurov Sabir Məcid oğlu 1955-ci ilin dekabr ayının 17- də Gürcüstan Respublikasının Bolnis rayonunun Faxralı kəndində zəhmətkeş ailədə anadan olub. 2020 - ci ilin iyul ayının 18 -də Bakı şəhərində vəfat edib.
1974 -cü ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində orta məktəbi,1983 -ci ildə isə M. Ə. Rəsulzadə adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nin) hüquq fakültəsini bitirmişdir.
1975- 1977 -ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. 1983-1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Gürcüstan Respubilkasının Saqaredjo rayonunda və Rustavi şəhərində yerləşən islah- əmək müəsissələrin birində dəstə rəisi vəzifələrində işləmişdir.
1992- 2007-ci illərdə Din-in Daxili Qoşunların Baş İdarəsinin Kadırlar və İşlər idarələrinin rəisi, Daxili Qoşunların Qaradağ rayonunda yerləşən hərbi hissədə hərbi hissə komandirinin döyüş hazırlığı üzrə müavini,Daxili Qoşunların Baş İdarəsininn doyüş hazırlığı idarəsində baş zabit,beynalxalq hərbi əməkdaşlıq şöbəsində baş zabit və həmin şöbənin rəisi vəzifələrində Vətənə və xalqa sədəqətlə xidmət etmişdir.
Sabir Aşurov 2000- 2006-cı illərdə xidməti işlə əlaqadər bir sıra xariçi ölkələrdə (Türkiyə, ABŞ, Rumıniya) Jandarma təşkilatlarınının Beynəlxalq konfranslarında iştirak etmişdir. Türkiyə və İspaniya Jandarm təşkilatları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında və bu əlaqənin inkişaf etdirilməsində xüsusi fəallığı ilə secilmişdir.
O,1992-1994- cü illərdə Azərbaycan Respubilkasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Tərtər, Zəngilan və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək üzərinə düşən vəzifə və tapşırıqları şərəflə yerinə yetirmişdir. Müharibə veteranı idi.
Polkovnik Sabir Aşurovun fədakar xidməti diqqətdən kənarda qalmamışdır. O, Daxili İşlər Orqanlarda və Daxili Qoşunlarda calışdığı müddət ərzində öz xidməti vəzifə borclarını yerinə yetirərkən fərqləndiyinə və digər xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavin-lərinin, Türkiyə Jandarma Qüvvələrinin Baş Komandanlığının, Türkiyə Jandarma Qüvvələrinin Bölgə komandirinin və hərbi məktəb rəislərinin, Daxili Qoşunların Baş İdarəsinin Döyü hazırlığı İdarə rəisinin, hərbi hissə komandiririnin, islah - əmək müəsissə rəislərinin müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla və qiymətli hədiyyələrlə (pul mükafatları ilə ) mükafatlandırlıb, ona təşəkkur elan edlib və aşağıdakı medallarla təltif olunub:
1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrin 10 illiyi (1991-2001” yubiley medalı ilə;
2.”Qusursuz xidmətə görə” 3 -ci dərəcəli medal Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
3.”Qusursuz xidmətə görə” 2 .-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə.
Hər il olduğu kimi bu ildə əzizləri, doğmaları onun ad günün qeyd edilər. Sabir Aşırov bu gün öz doğum günündə iştirak etmir, ancaq onu tanyanların qəlbində daimi yaşayır, hər gün xoş xatirələrlə anılır.
Allah rəhmət eləsin,ruhu şad olsun!Amin.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder