İmişlidə yaşayış binalarının təyinatın kim(lər) dəyişir?. Bu kadırları İmişli rayon General Məhəmməd Əsədov küçəsi 1 ünvanda yerləşən binanadan lentə almışıq. Üç mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yaşayış təyinatı dəyişdirilərək qeyri yaşayışa çevrilib.Yaşayış təyinatı dəyişdirilən binada hazırda yaşayışda var. Amma bəzi işbazlar qanunda müəyyən dəyişikliklə üç mərtəbəli binanın birinci mərtəbəsində dövlət arxitektoruna uyğin qoyulan qapıdan istifadə əvəzinə binanın arxa hissəsində əlavə qapı açılmasına və həmin keçmiş mənzil indi hər hansı bir iaşə abyekti kimi istifadə edilməsinə icazə veriblər. Həmin iaşə obyekti olacaq keçmiş mənzilin sağında, solunda və hətta üst hissəsində hazırda yaşayış var. Bəs bu işə görə məsuliyyəti kim daşıyır? Onuda qeyd edək ki, İmişlidə belə hal birinci dəfə deyil. Bundan öncə rayonun "20YANVAR" küçəsində və digər ərazilərdə 2 ya 3 mərtəbəli yaşayış binalarının yaşayış təyinatı dəyişdirilərək qeyri yaşayışa çevrilib. İndidə gəlin imişlidə hələki sonuncu olub, təyinatı dəyişdirilən mənzillə tanış olaq.Bizdə olan məlumata görə yeni təyinatı dəyişdirilib obyekt edilən mülk Sahil adlı imişli sakininə məxsusdur. Bəs bu işdə Sahil müəllimə kim havadarlıq edir onu araşdırmağa çalışacağıq.
İmişlidə yaşayış binalarının təyinatın kim(lər) dəyişir?.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder