Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
31 dekabr Dünya Azərbay canların Həmrəyliyi Günüdür.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respubli kası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəy lik bayramı kimi qeyd edilmə si barədə qərar qəbul olundu
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respub likası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd edilməsi barədə qərar qəbul olundu. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət etdi. Dekabrın 25-də Azərbaycan Respu blikası Ali Sovetinin Milli Şurası tərəfindən müraciət nəzərə alınaraq dekabrın 31-nin Dünya Azərbayca nlılarının Həmrəyliyi Günü elan edilməsi barədə qan un qəbul olundu.
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Quru ltayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclən məsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəal lığının artmasına təsir göstərdi. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Heydər Əliyevin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrildi.
Qurultaydan sonra H.Əliyevin 2002-ci il 5 iyul tarixli fərmanı ilə xaricdəki azərbaycanlılarla əlaqələ rin genişləndirilməsi və inkişaf etdirilməsi məq sədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıl ması, həmin il dekabrın 27-də isə soydaşlarla bağlı dövlət siyasəti haqqında qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təş kilatlanması prosesini daha da gücləndirdi.
Heydər Əliyev siyasi fəlsəfəsinə, məktəbinə söykənən Azərbaycan prezidenti İlham Əliyev onun bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlət başçısının “Dünya Azərbaycanl ılarının II Qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynadı.
Azərbaycan Diasporunun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir. Dünya Azərbaycanlılarının I Qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası, toplantıda Dünya Azərbay canlılarının Xartiyasının qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstər məklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqlədi.
Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Bu birliyi Vətən müharibəsində bir daha gördük. 2020-ci ildə Ermənistan silahlı qüvvələri dəfələrlə hərbi təxribatlar törətdi və hər dəfə Azərbaycan Ordusu bu hücumların qarşısını qətiyyətlə aldı.
2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini raket atəşinə tutması 44 günlük İkinci Qarabağ müharibəsinin başlamasına səbəb oldu. Xalq müharibənin ilk günündən dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin idi. İkinci Qarabağ Müharibəsi bu əminliyi bir daha təsdiqlədi. Öz liderinin ətrafında dəmir yumruq tək birləşən xalq ordusuna arxa-dayaq oldu, düşmən bu gücün qarşısında cəmi 44 gün dayana bildi. 30 il işğal altında inləyən Azərbaycan torpaqları düşmən tapdağından azad edildi. Sıldırım qayalarla əhatələnən qədim Azərbaycan-türk obasının – Şuşanın noyabrın 8-də azad olunması isə bu qəhrəmanlığın zirvəsi idi. Azərbaycan əsgərinin şücaətinə, bacarığına dünyanın hərbi mütəxəssisləri də heyran qaldı. İndi azad olunan torpaqlar yenidən qurulur, o yerlərə yenidən həyat qayıdır.
2022-ci ildə Dünya Azərbaycanlılarının V Quru ltayı – Zəfər qurultayı Şuşada keçirildi. Azərbay can prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonağın qatıldığı qurultaydakı nitqində dedi: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilib. O, dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdi və demişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - ulu öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”.
2023-cü il dövlətçliymiz tarixinin ən uğurlu və yaddaqalan ilərdən biri oldi.Onlardan,birincisi ölkə başcısının 2024-cü ilin 7 fevral tarixində növbədən kənar Prezident seckilərinin kecirilməsi ilə bağlı Sərancamdır.Ən əlamətdar hadisə kimi gözmüzün önündən getməyən 15 oktyabr oldu.Məhz həmin gün Azərbaycan xalqının müzəffər Prezidenti İlham Əliyev Xankəndində ücrəngli Azərbaycan bayrağını ucaltdı.Bununla da Azərbaycanın ərazi bütövlüyü və suvren hüquqları tamamilə bərpa edildi. 2023-cü illin yada qalan hadisələrdən biri də təbii ki, sentyabrın 19 və 20-də Azərbaycan Respu bilkasının Silahlı Qüvvələri nin kecirdiyi lokal antiterror tədbirləri oldu ki,bunun hesabında da 2023-cü ildə Azərbaycanın bağrına baslan qurama DQMV Azərbaycan dövlətçiliyinin təməlindən cıxarıldı,tarixin arxivinə göndərildi.2023 cü ilin noyabr ayının 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə zəfərin ücüncü ildönümünə həsir olunan hərbi parad kecirildi.2023-cü ilin dekabr ayının 21-də ilk dəfə olaraq Fütbol üzrə Azərbaycan kubokunun oyunu (“Ağdam Qarabağ” və “Bakı Mərkəzi Ordu İdman Kulubu” komandası arasında) Xankəndi şəhə rində kecirildi.Başa catmaqda olan 2023-il asan olmadı.Amma 2023-il ilik növbədə Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ili yadaşmızda qalacaq.
Azərbaycan dövlətinin diaspor siyasəti, həmvətən lərin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, on ların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıq ları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin gen işlənməsinə böyük töhfə verir, Azərbaycan həqi qətlərinin dünya ictim aiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nü mayiş etdirirlər.
Sevindiricidir ki, ərazi bütövlüyü və suverenliyi tam bərpa olunan Azərbaycanın üçrəngli Bayrağı qürurla dalğalanır.
31 Dekabr - Dünya Azərbaycanlıları Həmrəy liyi Günümüz və 2024-cü il Yeni il bayramnız müba rək olsun!
Hiç yorum yok:
Yorum Gönder