Beyləqan rayon Milabad kənd İ.Ə.D üzrə nümayəndəsindən bayrağımıza hörmətsizlik.



Bayrağımız bizim dövlət rəmzimizdir. Eyni zamanda şəhidlər də bizim fəxrimiz və baş tacımızdır. Amma nədənsə Beyləqan rayon Milabad kənd İ.Ə.D üzrə nümayəndəsi Əlsahib Əliyev həm Milli atributumuz olan Bayrağmıza həmdə                    " 20 Yanvar " şəhidlərinə çox böyük biganəlik və hörmətsizlik edir. Hətta  sözün həqiqi mənasında  onlara qarşı hörmətsizlik  edir.Kadırlardan göründüyü kimi "20 YANVAR" şəhidlərinin adına salınmış parkda dalğalanan Milli  bayraqımız  baxımsızlıqdan bərbad hala düşüb. Bayrağ köhnəlməklə yanaşı cırılıb sıradan çıxmasına baxmayaraq kənd ərazi  nümayəndəsi olan Ə.Əliyev nədənsə bunu görmür.  Milli bayrağımızın bu kökə düşmısinə sevinənlərdən biridə məhz  Milabad kənd İ.Ə.D üzrə nümayəndəsi Əlsahib Əliyev olduğunu desək məncə yanılmalıq. Ə. Əliyev üzərinə düşən işi görmək əvəzinə fəaliyyətsizliyilə  bir daha sübut etmək istəyir ki, o     həmişə olduğu kimi bu gündə dövlətə və onun atributlarına hörmətsizliklə yanaşır. Əgər belə olmasaydı cənab Əlsahib müəllim dövlət qulluqçusu kimi yox bir vətəndaş kimi milli atributumuz olan bayrağımızın  bu hala düşməsinin vaxtında qarşısını  alardı. Bundan başqa kadırlardan göründüyü kimi    " 20 yanvar" şəhidlərinin adına inşa edilmiş parkda  lövhədən asılmış şəkillərdə uçub dağılıb yalnız bu abidə də bir şəkilə rast gələ bildik  ki, bu da icra nümayəndəsi Ə. Əliyevin sayəsində yox, təsadüf nəticəsində lövhədə ayapışılmış vəziyyətdə qalıb.Bəs Milabad kənd  inzibati ərazi dairəsi üzrə  nümayəndəsi olan Əlsahib Əliyevin başı hansı digər işlərə qarışıb ki, nümayəndə olduğu ərazidəki bu boyda  nöqsanları görmür? Bəlkə onun bu fəaliyyətsizliyinə Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Agayev xeyir dua verib. Yoxsa Əlsahib Əliyev bu qədər məmur özbaşnalığı edə bilməz.

Hiç yorum yok:

Yorum Gönder

Pages