Arif Qasımov Bakıda anadan olub. Mədəni Maarif Texnikumunda (1971-1975), Azərbaycan Dövlət İncəsənət İnstitutunda, Moskvada Ali Rejissorluq Kursunda təhsil alıb. Üç il müddətində Gənc Tamaşaçılar Teatrında işıqçı işləyib. Daha sonra uzun illər Azərbaycan televiziyasında rejissor işləyib. Ömrünün son illərində "Uşaq və Gənclər" redaksiyasında çalışıb. "Mozalan" satirik kinojurnalında rollar ifa edib. Arif Qasımov 2016-cı ildə dünyasını dəyişib.
Filmoqrafiya:
Araşdırın (1978, qısametrajlı bədii film) – aktyor
Diplom işi (1979, qısametrajlı bədii film) – aktyor (qızın qardaşı)
Vah!.. (1980, qısametrajlı bədii film) – aktyor (oğul)
Marş (1982, qısametrajlı bədii film) – aktyor (musiqiçi)
Ömrün yolları (1982, tammetrajlı film-tamaşa) – rejissor assistenti
Balıq günü (1983, qısametrajlı bədii film) – aktyor (Əbdüləli)
Evlənmək istəyirəm (1983, tammetrajlı bədii film) – aktyor (Paşa)
Bayramda yağış (1985, qısametrajlı bədii film) – aktyor (İbadov)
Yaramaz (1988, tammetrajlı bədii film) – filmi səsləndirən (nazir-Hüseyn Muradov)
777 №-li iş (1992, tammetrajlı bədii film) - aktyor
Ac həriflər (1993, tammetrajlı film-tamaşa) – aktyor (sarı pencəkli kişi, hacı)
Fransız (1995, tammetrajlı bədii film) – aktyor (Dədə Qorqud)
Qarabağ şikəstəsi (1996, qısametrajlı bədii film) – aktyor
Adam (1996-2010, qısametrajlı bədii film) – aktyor (Səməd)
Hər şey yaxşılığa doğru (1997, qısametrajlı bədii film) – aktyor (antena daşıyan)
Otel otağı (1998, tammetrajlı bədii film) – aktyor (balaca kişi)
Yerlə göy arasında (1998, tammetrajlı bədii film) – aktyor
Ayna (2000, qısametrajlı bədii film) – aktyor (fotoqraf)
Nekroloq (2001, tammetrajlı film-tamaşa) – aktyor (Gülyanın əri – şəkil)
Dəvətnamə (II) (2002, tammetrajlı film-tamaşa) – aktyor (Şahpələng)
Hacı Qara (IV) (2002, tammetrajlı bədii film) – aktyor (erməni əkinçi)
Pilləkən (2002, qısametrajlı bədii film) – aktyor
Yaşıl eynəkli adam 3 (2002, tammetrajlı film-tamaşa) – aktyor (məzarçı)
Milli bomba (2003, tammetrajlı bədii film) – aktyor
Mükafat (2004, tammetrajlı film-tamaşa) – aktyor (Şirinqulu)
Əlvida, cənub şəhəri (2006, tammetrajlı bədii film) – aktyor
Kişiləri qoruyun (2006, tammetrajlı bədii film) – aktyor (pul yazan)
Yoxlama (2006, bədii serial) – aktyor (baş mühasib)
Bəylik dərsi və ya keçmişdən gülməcələr... (2007, tammetrajlı film-tamaşa) – aktyor (Böyükkişi)
Dağlı çörəyi (2007, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Bahar nağılı (2008, tammetrajlı film-tamaşa) – aktyor
Bizim Bayram (2008, tammetrajlı bədii film) – aktyor (Tofiq)
Ci-Mi (2008, tammetrajlı bədii film) – aktyor (Şaka)
Halal pullar (2008, tammetrajlı bədii film) – aktyor
Qocalar (2008, qısametrajlı bədii film) – aktyor
İstanbul reysi (2010, tammetrajlı bədii film) – aktyor
Hiç yorum yok:
Yorum Gönder