aktrisa Münəvvər Kələntərlinin ad günüdür.




Münəvvər Səməd qızı Kələntərli Lənkəranda anadan olub. 17 yaşında ikən Bakıya gəlib. 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb. Əvvəllər Opera Teatrında, sonralar isə Musiqili Komediyada Teatrında fəaliyyət göstərib. 1953-cü ildə “Vətən” kinoteatrına direktor müavini təyin olunub. Bundan sonra teatrdan çıxıb, ancaq filmlərə çəkilib. Münəvvər Kələntərli kinostudiyada ən rahat aktyorlardan sayılıb. Həmişə bir dubla çəkilib. Ona görə də Adil İsgəndərov deyərmiş ki, “Mina, bu camaat (çəkildiyi filmlərin rejissorlarını, rejissor assistentlərini, operatorları nəzərdə tuturdu) ən çox səninlə istirahət edir”. SSRİ dövlət mükafatı laureatı (1946), əməkdar artist (1959) Münəvvər Kələntərli 1963-cü ildə vəfat edib.

Filmoqrafiya:
Arşın mal alan (II) (1945, tammetrajlı bədii film) – aktrisa (Cahan xala)
Bakının işıqları (1950, tammetrajlı bədii film) – aktrisa (sakin)
Bəxtiyar (II) (1955, tammetrajlı bədii film) – aktrisa (Gülzar Hüseynova)
Görüş (1955, tammetrajlı bədii film) – aktrisa (Münəvvər)
O olmasın, bu olsun (1956, tammetrajlı bədii film) – aktrisa (yengə)
Qızmar günəş altında (1957, tammetrajlı bədii film) – aktrisa (Gülbahar)
“Kazbek” qutusu (1958, qısametrajlı bədii film) – aktrisa (Məmişovun arvadı)
Kölgələr sürünür (1958, tammetrajlı bədii film) – aktrisa (Məsmə)
Onun böyük ürəyi (1958, tammetrajlı bədii film) – aktrisa (Səmayənin iş yoldaşı)
Yeni il gecəsində (1958, qısametrajlı bədii film) – aktrisa (ev sahibəsi)
Əmək və qızıl gül (1962, tammetrajlı bədii film) – aktrisa (Sonu)

Hiç yorum yok:

Yorum Gönder

Pages