İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də Daxili işlər nazirliyi Daxili Qoşunlarının və Xüsusi Dövlət Mühafizə Xidmətinin həyatında öz dəst-xətti olan, yüksək peşəkarlığı, humanistliyi, sadəliyi, səmimiyyəti, dəqiqliyi, vətənpəvərliyi təmkinliyi,işgüzarlığı,xeyirxahlığı,iradi və mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 26 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı - istefada olan kapitan Hacyev Hacıəli Ədhəm oğludur. Oktyabr ayının 11-də onun doğum günüdür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada olan kapitan Hacyev Hacıəli Ədhəm oğlunu belə bir əlamətdar gün münasibətilə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların və Xüsusi Dövlət Mühafizə Xidmətinin (Milli Qvardiyanın) istefada və ehtiyatda olan zabitləri,
doğmaları,əzizləri (övladları, nəvələri),qonşuları,
iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib deyirlər,Hacıəli qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Müharibə Veteranı- istefada olan kapitan Hacyev Hacıəli Ədhəm oğlu 1949 -cu ilin oktyabr ayının 11- də Azərbaycan Respublikasının Qusar rayonunda zəhmətkeş ailədə anadan olub.
1966-cı ildə Azərbaycan Respublikasının Qusar rayon orta məktəbi, 1970-ci Bakı Xalq Təsərrüfatı texnikomunu, 1970-ci ildə SSRİ Sovet Ordusunun Gürcüstan Respublikasınında yerləşən hərbi hissəsində kiçik komandirlər hazırlayan cavuş məktəbini, 1977 -ci ildə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların gizirlər hazırlayan məktəbini, 1992-ci ildə isə Bakı Birləşmiş Ali Hərbi Məktəbdə Zabit heyətinin ilkin hazırlığı kursunu bitrib. O, Daxili Qoşunlarda və Milli Qvardiyada xidmət etdiyi illər ərzində bir çox təlim-metodiki toplanışlarda, xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1970- 1972-ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətədə (manqa komandiri və taqım komandirinin müavinini vəzifəsində) olub.
1972 -1976-cı illərdə Sovet Partiya Orqanların mühafizə idarəsində müxtəlif vəzifələrdə işləyib.
1976- 1992 ci illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların konvoy- mühafizə (əlahiddə taborunda) hərbi hissəində təminat taqım komandiri, 1992 - 1998 ci İllərdə Milli Qvardiyada və Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət rəisi, tərbiyə şöbəsində isə zabit vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır.
Hərbi və doyüşcü yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost — tanış , qohum- əqraba arasında özünə böyük hörmət qazanıb.
Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın, Hərbi, daxili qoşunların və milli qvardiyanın döyüş xidməti nizamnamələrinin tələblərinin,əmr və aərancamların dəqiq və sözsüz yerinə yetirilməsində öz tabeliyində olanlara və bir cox hərbi qulluqçulara daimi nümünə olmuşdur.
Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, yaşayış məntəqələrində və cəzacəkmə müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında, bədbəxt hadisələr,qəzalar,yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar (hərbi vəziyyət və komendant saatı) zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, xüsusi dövlət obyektlərin,inzibatı binaların hərbi şəhərciklərin,hərbi təchizat anbarların mühafizəsində, eləcədə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Xidmətdə fəriqləndiyinə görə Daxili İşlər Nazirinin, Xüsusi Dövlət Mühafizə xidmət rəisinin, Daxili Qoşunlar və Milli Qvardiya Komandanlarının, diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif olunub,bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif olunub:
1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;
2.” SSRİ Silahlı Qüvvələrin 60 illiyi (1918-1978)” yubiley medalı ilə;
3.” SSRİ Silahlı Qüvvələrinin 70 -illiyi (1918-1988)” yubiley medalı ilə;
4.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5.”Qüsursuz xidmətə görə” 2 dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6.”Qüsursuz xidmətə görə » 3 dərəcəli medal ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN HACIƏLİ.
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder