İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür,belə insanlardan biri də, Daxili işlər nazirliyi Daxili Qoşunların və Azərbaycan ordusunun həyatında öz dəst-xətti olan,yüksək peşəkarlığı, işgüzarlığı, intellektual səviyyəsi, idarəçilik qabiliyyəti,insanpərvərliyi,dəqiqliyi,təmkinliyi,sadəliyi,səmiyyəti,vətənpərvərliyi,qayğıkeşliyi, iradi və mənəvi keyfiyyətləri ilə seçilən,səhid Ruslan Lələyevin atası 2 qrup müharibə əlili, Lələyev Akif Həsən oğludur.Oktyabr ayının 14 də onun 57 yaşı tamam olur.
İstefada olan baş leytenat Lələyev Akif Həsən oğlu 1966-cı ilin oktyabr ayının 14-də Neftçala rayonun Səhləbad kəndində zəhmətkeş ailədə anadan olub. Akif Lələyevin oğlu Ruslan Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələrində snayper-kəşfiyatcı vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət etmiş,44 günlük vətən müharibəsi iştirakcısı olub,Azərbaycanın 2023 cü ilin sentyabr ayında Qarabağda keçirdiyi antiteror əməliyyatlar zamanı sentyabr ayının 20-də qəhrəmancasına şəhid olub.
Lələyev Akif 1983-cü ildə Neftçala rayon Səhləbad orta məktəbi,1988-ci ildə isə Ordjonikidzə Ümumqoşun Ali Komandirlər məktəbini bitrib.
Baş leytenat Akif Lələyev 1988 - 1991ci İllərdə SSRİ Müdafiə Nazirliyinin Jitomir, Krasnodar və Gəncə şəhərlərində yerləşən hərbi hissələrində taqım komandiri, böluk komandiri,tabor komandirinin müavini, zastava rəisi, kəşfiyyat rəisi vəzifələrində olub. 1992- 1995 - ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsində baş zabit (polkovnik leytenat) vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Lələyev Akif ailə vəziyətinə görə Daxili Qoşunların Baş İdarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra, bir müddət Azərbaycan Ordusunun və Tərtər Könüllər Taborun tərkibində müxtəlif vəzifələrdə xidmət edərək, üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Öz tabeliyində olanlara, və bir cox hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yernə yetirilməsi işində daimi nümünə olmuşdur.
O,Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Qazax, Goranboy, Laçın, Tərtər, Ağdərə, Ağdam və Füzuli rayonları istiqamətlərində) gedən döyüşlərdə gedən döyüşlərdə fəal iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir. Qazax, Lacın, Tərtər, və Ağdərə rayonlarının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 4 dəfə yarlanıb. 2 qurup Müharibə əlillidir.Akif Həsən oğlu Lələyev 44 günlük vətən müharibəsi zamanı daimi hərbi qulluqcularmızın yanında olaraq oz köməkliyini onlardan əsirgəməmişdir.
O,Azərbaycan Respublikasında şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirıərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,bədbəxt hadisələr, qəzalar,yanğınlar, təbii fəlakətlər zananı və başqa fövqəladə hallar (hərbi vəziyyət və komendant saatı) zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, eləcədə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi yoldaşları onu vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə SSSRI və Azərbaycan Respublikalarının Müdafiə və Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Döyüş hazırlığı idarə rəisinin, Ali hərbi məktəb rəisinin, korpus, diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə bir sıra medalarla, "əla xidmətlərə görə" döş, idman və yubiley nişanları ilə təltif olunub,bir cox fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə (pul mükafatı ilə) mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN AKIF!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musaye
Hiç yorum yok:
Yorum Gönder