Prezident: “İkinci Qarabağ müharibəsindən sonra 315 nəfər hərbi və mülki vətəndaşımız həlak olub və yaralanıb”



“2020-ci ildən 2023-cü ilin əvvəlinədək - Azərbaycanın Laçın rayonunda sərhədə nəzarət etmədiyi bir vaxtda, oraya sayı milyonlarla ölçülən nəhəng döyüş silah-sursatları daşınıb, bu isə tamamilə yaxın vaxtlarda aşkara çıxarılıb. Minalar gətirilib, ərazi əlavə olaraq minalanıb. Bütün bunların hamısı ona gətirib çıxarıb ki, azərbaycanlılar öz torpaqlarında həlak olmağa davam ediblər”.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşdə deyib.

Dövlətimizin başçısı bildirib:

“İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim 315 nəfər hərbi və mülki vətəndaşımız həlak olub və ağır şəkildə yaralanıb. Təəssüf ki, onların sayı hər həftə artır”.

Hiç yorum yok:

Yorum Gönder

Pages