Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin həyatında öz dəst-xətti olan, hörmət və sayğıya layiq olan, öz yüksək peşəkarlığı, humanistliyi ilə,işguzarlığı, mənəvi keyfiyyəti, təşkilatcliq bacarığı, sadəliyi, səmimiyyəti, dəqiqliyi və təmkinliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün çoxunu Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Tibb şöbəsində baş zabit, Daxili Qoşunların Bas İdarəsinin hərbi hospitalında isə hospital rəisi (hərbi hissə komandiri) vəzifələrində xidmət etmiş,yuksək ixtisaslı həkim- tibb xidməti polkovniki Əliyev Elçin Vəli oğlu 1-il 8 aydan coxdur aramızda yoxdur.Ədəbiyyata,haqq dünyasına qovişub.Elçin həkim
əgər yaşasaydı oktyabr ayının 17-də 61 yaşını qeyd edəcəkdi.Təəssuflər olsun ki ömür vəfa etmədi.O,
2022 - ci ilin fefral ayının 9 -da vəfat etdi.
Həmişə müasir müalicə usullarına canatan həkim,sadə,mehriban,təvazökar,vətənpərvər,cəfakeş insan, tibb xidməti polkovniki Əliyev Elçin Vəli oğlu 1962 ci ilin noyabr ayının 17-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır.
1969- cu ildə Bakı şəhərində 23 nömrəli orta məktəbin birinci sinifə getmiş, 1979-cu ildə həmin məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş , 1985-ci ildə həmin İnstitutu, 2009-cu ildə isə Naxçıvan Dövlət Üniverstetinin “hüqüq” fakültəsini bitirmişdir.Elçin həkim dəfələrlə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təhkimləşdirmə İnsitutunda müvafiq kurslarda, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox təlim-metodiki toplanışlarda,xüsusi-taktiki təlimlərdə,seminar və konfranslarda fəal iştirak etmişdir .
Polkovnik Elçin Vəli oğlu Əliyev 1986-1987 cu illərdə 2 saylı ruhi-əsəb xəstəxanasında həkim,1987 1989-ci illərdə isə Daxili işlər nazirliyin Tibb İdarəsində həkim- pisxiator vəzifəsində calışıb.Bu sahədə lazımı təcrübəyə yiyələnən Elçin həkim 1989-1991-ci illərdə Məştağa qəsəbəsindəki ruhi-əsəb xəstəxanasında şöbə müdiri işləyib.
Elçin həkim 1992- 2015 -ci illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Bas İdarəsinin tibb şöbəsində baş zabit, Daxili Qoşunların hərbi hospitalında isə hospital rəisi ( hərbi hissə komandiri) vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Polkovnik Elçin Əliyev Daxili Qoşunların Bas İdarəsində və hərbi hospitalında xidmət etdiyi illər ərzində müsbət yenliklərə nail olmuşdur. Beləki, hərbi qulluqçuların hərbi tesdən keçməsi üçün müasir tələblərə uyğun ilk hərbi test onun tərəfindən hazırlanmış və həyata keçirilmişdir.Ali dərəcəli Elçin həkim tibb xidməti sahəsində bir cox məqalənin,insan pisxologiyası üzrə , elmi- təcrübə yaradıclıq işinin,dərs vəsaitinin,bir necə kitabın və səmərələşdirici təkliflərin müəllifi olmuşdur.Elçin Əliyevin tibb sahəsində bir cox elmi refarat işləri bir sıra mətbuat orqanlarnda dərc olunmuşdur.
Hospitalın müasir müayinə və müalicə avadanliqları ilə təchiz edilməsində təşəbbüskarlığı və fəaliyyəti yuxarı komandanlıq tərəfindən yüksək dəyərləndirilərək Azərbaycan Respublikasının Prezıdentinin müvafiq sərəncamı ilə dövlət mükafatına layiq görülmüşdür. Lakin həkimlik təcrübəsinə, idarəçilik və təşkilatçıliq qabiliyyətinə malik tibb xidməti polkovniki Elçin Əliyev burada çalışdığı dövrdə hospitalın müasir tələblərə uyğun təkmilləşdirilməsi, müalicə profilaktika tədbirlərinin keyfiyyətinin yüksəldilməsi üçün daim var qüvvəsi ilə calışmışdır. Onda ümümləşən bütün bu insani keyfiyyətlər mütərəqqi ailəsindən, xüsusən məhrum atası tarixl elmləri doktoru, Akademik Vəli Əliyevin ona verdiyi uğurlu tövsiyələrindən irəli gəlirdi.
Qanunverciliklə müəyyən olunmuş qaydada şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,cinayatkarlığa qarşı mübarizədə, cəzaçəkmə müəssisələrində və yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr,ya fövqaladə hallar zamanı hüqüqi rejimin və Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzili rayonları istiqamətinfə) gedən döyüşlərdə ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.Müharibə Veteranı idi.
Öz tabeliyində olanlara və bir cox hərbi qulluqculara, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin,əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur. Hippokrat andı içən Elçin həkim o anda sona qədər sadiq qalaraq ona həvalə edilmiş vəzifə və tapşırıqları şərəf hissi ilə yerınə yetirmişdir.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbici kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Sənətini mükəməl bilən,ömrünün geçəsini-gündüznü məhz insanların sağlamlığında,keşiyində ləyaqətlə duran və onların qayğısına qalan- tibb xidməti polkovniki Elçin Əlıyev Daxili Qoşunların Baş İdarəsinin tibb şöbəsində xidmət etdiyi illər ərzində hərbi hissələrdə və əlahiddə bölmələrdə keçirilən təftiş və yükün yoxlama komissiyanın, məqsədli və kompleks yoxlama qurupların üzvü olduğü müddətdə üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gələrək aşkar edilmiş nöqsanların aradan qaldırılmasına məsuliyyətlə yanaşmışdır.
Elçin Vəli öğlu Əliyev xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə o, Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, Daxili Qoşunların Bas İdarəsinin tibb şöbəsinin rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı döş və yubiley nişanları ilə təltif olunub,bir cox (pul mükafatları ilə),fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili işlər nazirnin müvafıq əmrləri ilə Elçin Vəli oğlu Əliyev aşağıdakı medallarla təltif olunub:
1.”Azərbaycan Respublikası Silahlı Qüvvələrin 10- illiyi (1991-2001)” yubiley medalı ilə;
2.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 90 -illiyi (1918-2008)” yubiley medalı ilə;
3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 95 -illiyi (1918-2013)” yubiley medalı ilə;
4.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
6.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
Azərbaycan dövlətcliyinin qorunmasında,ictimai təhlükəsizliyin təmin edilməsində,öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən peşəkarlıq göstərdiyinə görə, Azərbaycan Respubilkası Prezidentinin 12 mart 2009-cu il tarixli sərancamı ilə polkovnik Elçin Əliye “Hərbi xidmətlərə görə” medala təltif edilmişdir.
Elçin həkim millətmizi,Vətənmizi sevərək yaşadı və sevilərək yaşadığı ücün Tanrının xoşbəxt bəndəsidir.
Daxili işlər nazirliyinin Daxili Qoşunlarında tibb xidməti sahəsində xüsusi xidmətləri olan, bir cox medal və döş nişanları ilə təltif olunmuş, haqq dünyasında olan- tibb xidməti polkovniki Elçin Vəli oğlu Əliyevin əziz xatirəsi, hər zaman onu
sevənlərin,tanyanların,doğmalarının, iş və döyüçcü yoldaşlarının hafizəsində
(qəlbində) həməşəlik yaşayacaq.
Allah Elçin Həkimə Rəhmət Eləsin!
Ruhu şad olsun!
Məkanı Cənnət Olsun.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə
Veteranı
polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder