Ermənistan müharibə dövründə Rusiya və İrandan müxtəlif silahlar alırdı. Əgər Rusiya milyonlara qiyməti olan silahlarını Ermənistana bağışlayırdısa, indi Fransa o silahları satır. İqtisadiyyatı çox zəif olan Ermənistanın bu silahları almaqla hansı gücə nail olacağı indidən müəmmadır”.
Bunu hafta.az-a siyasi ekspert Fuad Əliyev Brüssel danışıqları ərəfəsində Fransanın Ermənistanla silah satışı müqaviləsi imzalaması və bunun regionda təhükəsizliyə təsiri ilə bağlı açıqlamasında bildirib.
F.Əliyev hesab edir ki, Rusiyadan uzaqlaşaraq daha çox Fransa ilə hərtərəfli əməkdaşlıqlar quran Ermənistanın bu ölkə ilə silah əməkdaşlığının əhəmiyyətsiz olduğu indidən görünür. Və Fransanın Ermənistanla bağladığı silah müqaviləsinin Azərbaycana heç bir təsiri olmayacaq.
“Ermənistan öz aləmində düşünür ki, Qərbdən “fransız siması”nda silahlar alarsa, daha üstün gücə sahiblənəcək. Lakin Ukrayna-Rusiya müharibəsində də göründü ki, dolayısı ilə Rusiyaya qarşı dayanan NATO ölkələrinin, o cümlədən Fransanın Ukraynaya göndərdiyi silahlar keyfiyyətsizdir, istifadəyə yararsızdır. Görünür, Fransa Ermənistana da öz köhnə silahlarını satacaq”.
Ekspert Ermənistanın nədən və kimdən ehtiyatlanaraq özünə havadan müdafiə sistemi qurmaqda sərbəst olduğunu vurğulayıb. Eyni zamanda təhlükənin Azərbaycandan olmadığını xatırladaraq, -“Azərbaycanın Ermənistan hava yollarını pozmağa fikri yoxdur” deyib.
“Təbii ki, burada Fransanın özünün maraqları var. Fransa istəyir ki, Ermənistana təsirini gücləndirsin. Artıq proses başlayıb. Ermənistan Rusiya kanallarını, rusdilli məktəbləri bağlayıb, əvəzində fransız dilinin tədrisini genişləndirmək istəyir.
Amma bunun da heç br nəticəsi olmayacaq. Əksinə, biz Ermənistanda da ikinci Ukrayna, Gürcüstan vəziyyətini görəcəyik. Hətta Ermənistan bəzi ərazilərini itirə bilər”.
F.Əliyev bu kontekstdə hesab edir ki, Brüssel görüşü alınmaya bilər. Çünki artıq Fransa görüş qabağı hansısa təxribatlara əl atmağa çalışır. Guya yeni təkliflər verir və Ermənistana, ermənidən çox ermənilik edir.
“Paşinyan 2 ildir deyir ki, Qarabağ Azərbaycandır. Amma Fransa yorulmadan “yox ermənilərindir, ermənilər ora qayıtmalıdırlar” deyir. Anlamaq istəmirlər ki, mülki ermənilər qovulmadı, özləri çıxıb getdilər”.
“Fransanın ermənilərdən çox ermənilik etməsi gülüncdür. Mən deyərdim ki, Ermənistan Fransanı işğal edib. Biz bu gün Fransanı ermənilikdən azad etmək üçün işlərə başlamalıyıq”
Ekspert hesab edir ki, artıq qayıdış, reinteqrasiya məsələsi də yekunlaşıb. Onun fikrincə, qayıtmaq istəyən ermənilər bu günə qədər qayıda bilərdi, amma qayıtmadılar. Artıq Azərbaycan vətəndaşları öz yurdlarına-Xankəndiyə və digər rayonlarımıza qayıdırlar. Orada yaşayış bərpa olunur.
Hiç yorum yok:
Yorum Gönder