Peşəkarlığı,sadəliyi, humanistliyi, vətənpərvərliyi, insanpərvərliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş ehtiyatda olan baş leytenant Qənbərov Zaur Şahin oğlunun avqust ayının 14 - də 43 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan baş leytenant Zaur Qənbərovu belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Zaur qoy hər yeni yaşınız sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Baş-leytenat Zaur Şahin oğlu Qənbərov 1980-cü ilin avqust ayının 14 -də Azərbaycan Respublikasının Şuşa şəhərində zəhmətkeş ailədə
anadan olub.
O,1986-1996 cı illərdə Şuşa şəhər 2 və 4 saylı , Bakı şəhər 276 saylı tam orta məktəblərində orta təhsil almış, 2000-ci ildə Bakı Dövlət Universitetinin Cografiya fakultəsini (Xəritəşunaslıq ixtisası üzrə),2001 - ci ildə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Təlim -tədris mərkəzində zabit heyətinin hazırlığı kursunu bitrib.
Zaur Qənbərov 2001-2009 – cu illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Xətai , Xəzər və Hacqabul rayonlarında yerləşən hərbi hissələrdə, təlim -tədris mərkəzində kursant və taqım komandiri vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.” Hərbi xidmətkecmə
haqqında” əsasnamənin 156 -cı madəsinin v) bəndinə əsasən (xəstəliyə görə)- Silahlı Qüvvələrədən ehtiyata buraxlıb.
Qənbərov Zaur Şahin oğlu Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və hərbi qulluqçuların etik davranış kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi nümunə olmuşdur..O, Daxili Qoşunların Baş İdasində, təlim -tədris mərkəzlərində və hərbi hissələrində keçirilən bir çox təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma kurslarda, xüsusi - taktiki təlimlərdə, nümunəvi-göstərici məşğələlərdə,seminar və konfranslarda fəal iştirak etmişdir.
Baş-leytenat Zaur Şahin oğlu Qənbərov Qanunvericiliklə DİN- in Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,
şəhərdə, yaşayış yerlərində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların, bədbəxt hadisələrin, yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, eyni zamanda küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,təlim-tədris mərkəz rəisinin, hərbi hissə komandirinin müafiq əmrləri iIə əlaçı döş və yubiley nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Xüsusi əməliyatlar zamanı şücaət, fədakarlıq göstərdiyinə və öz xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə baş-leytenat Qənbərov Zaur Şahin oğlu "Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi (1918- 2008 )” yubiley medalı ilə təltif olunub.
Hərbi yoldaşları Zaur Qənbərovu qoruxmaz, vətənpərvər,səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ZAUR.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder