İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum gündür.Ömürə bəzək olan ad günü hər il xüsusi qeyd olunur. Daxili İşlər Nazirliyinin Daxili Qoşunların və Din-in Əlahiddə Çevik polis Alayının həyatında öz dəst -xətti olan , yüksək peşəkarlığı, hümanistliyi,sadəliyi, səmimiyyəti,dəqiqliyi, vətənpərvərliyi, işgüzarlığı,səmərəli fəaliyyəti, dərin zəkası,təmkinliyi, gözəl nitq qabiliyyəti,
iradi və mənəvi keyfiyyətləri seçilən ömrünün ən məhsuldar dövrünün 26 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə və polis orqanlarında keçirmiş - ehtiyatda olan polkovnik Rəcəbov Rəcəb Oqtay oğlunun avqust ayının 25 -də 56 yaşı tamam olur.Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan polkovnik Rəcəb Oqtay oğlu Rəcəbovu belə bir əlamətdar gün münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Rəcəb müəllim qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu illər bəxş etsin və hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Dövlətçiliymizun möhkəmləndirilməsi üçün var qüvvəsi ilə yorulmadan çalışan polkovnik Rəcəbov Rəcəb Oqtay oğlu 1967 -ci ilin avqust ayının 25 də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb.
1984 -cü ildə Bakı şəhərində orta məktəbi, 1991- ci ildə Bakı Dövlət Universitetini, 1993 -cü ildə Bakı Ali Hərbi Birləşmiş Kamandirlər məktəbini ( iki ilik zabitlər hazırlayan kursu) bitrib.O, 1994- 2014 -cü ilərdə Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində müvafuq kurslarda, bir çox təlim-metodiki toplanışlarda, xüsusi -taktiki təlimlərdə, qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən,ictimayət arasında özünə layıq hörmət qazanmış Rəcəb Oqtay oğlu Rəcəbov 1986-1988-ci illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olub. 1994- 2014 -cü ilərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin mətbuat xidmətində (mərkəzində), mənəvi pisxoloji hazırlığı (tərbiyə ) şöbəsində zabit və baş zabit, Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində, hərbi hissə komandirinin ( hərbi hospital rəisinin) tərbiyəvi işləri üzrə müavini, 2014- 2019 -cu illərdə isə Daxili işlər nazirinin hərbi məsələlər üzrə köməkçisi xidmətində baş zabit, Din-in Əlahiddə Çevik Polis Alayında isə alay komandirinin tərbiyəvi işləri üzrə müavini vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət edib.
Əhatəsində olan insanların, iş yoldaşlarının hörmətini qazanan, ictimai işlərdə fədakarıq göstərən,dostlarına və yaxınlarına isti münasibətdə olan Rəcəb Oqtay oğlu Rəcəbov öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın (Polis Andın) , hərbi nizamnaməlirin, daxili işlər nazirliyinin post- patrul , daxili qoşunların isə döyüş xidməti nizamnamələrinin tələblərinin,əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümünə olmuşdur.
Daxili işlər Nazirliyinun Daxili Qoşunlarına və Əlahiddə Cevik Polis Alayına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış məntəqələrində və islah-əmək müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizə də, silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və fövqəladə hallar (komendat saatı) zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində polkovnikRəcəb Rəcəbov üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Öz xidməti vəzifələrini və hərbi hissə ( Daxili Qoşunların Baş İdarəsinin mənəvi -pisxoloji hazırlığı şöbəsi,hərbi hospitalı və Din-in əlahiddə cevik polis alayı ) qarşısına qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, şöbə (xidmət) rəisinin, hərbi hissə (əlahiddə cevik polis alay) komandirinin müvafiq əmrləri ilə «Əla ximələrə görə » döş və yubiley nişanları ilə təltif olunub,bir cox fəxri fərmanlarla (pul mükafatkarı ilə) və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Dövlətin ərazi bütövlüyün təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafazisində, beynəlxalq əhmiyyətli tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində, xüsusi tapşırıqların yerinə yetirilməsində fəriqləndiyinə görə polkovnik Rəcəbov Rəcəb Oktay oğlu aşağıdakı medallarla təltif edilib:
1.»İgidliyə görə» medalı ilə;
2.»Azərbaycan Respubilkası Silahlı Qüvvələrin yaranmasının 10 illiyi ( 1991 -2001)» yubiley medalı ilə;
3.«Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi (1918-2008)» yubiley medalı ilə;
4. » Silahlı Qüvvələrin yaranmasının » ( 1918 -2013 ) 95 illiyi yubiley medalı ilə;
6.»Azərbaycan Polisinin yaranmasının » 100 illiyi ( 1918- 2018) yubiley medalı ilə;
7.«Polis Veteranı » medalı ilə
8.«Qüsursuz xidmətə görə » 1-ci dərəcəli medal ilə;
9.»Qüsursuz xidmətə görə » 2- ci dərəcəli medal ilə;
10.»Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medal ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RƏCƏB BƏY.
100 (yüz) yaşa, Sağlam yaşa.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder