İnsan ücün ən yaddaqalan günlərdən biri onun doğum günüdür.Ömürə bəzək olan ad günü hər il xüsusu qeyd olunur.Belə ad günü qeyd edən insanlardan biridə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst- xətti olan -ehtiyatda olan mayor Mikayılov Xəqani Şavaqat oğludur.Avqust ayının 25 -də onun 47 yaşı tamam olur.Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan Xəqani Mikayılovu belə bir əlamətdar gün münasibətiilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri, və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib -tükənməyən nəaliyyətlər arzu edib deyirlər, Xəqani qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu günlər bəxş etsin.
Mayor Mikayılov Xəqani Şavaqat oğlu 1976 -ci ilin avqust ayının 25-də Bakı şəhərində zəhmətmeş ailədə anadan olub. 1993- cü ildə Bakı şəhəri Nizami rayonun 201 saylı tam orta məktəbi, 1997-ci ildə Azərbaycan Texnologiya Universitetini bitrib. Xəqani Mikayılov Din-in Daxili Qoşunlarının hərbi hissələrində xidmət etdiyi illər ərzində Din-in Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirlən müvafiq kurslarda, bir cox nümnəvi-göstərci məşğələlərdə xüsusi-taktiki təlimlərdə, təlim-metodiki toplanışlarda,komanda-qərargah məşqilərində,seminar və konfranslarda fəal iştirak etmişdir.
Xəqani Şavaqat oğlu Mikailov 1997-1998-ci illərdə Azərbaycan Respubilkasının Ədiliyyə Nazirliyinin Penitensiar xidmətinin mühafizə alayında müddətli həqiqi hərbi xidmətdə olub.
2000-2006-cı illərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Xəzər və Zakatala rayonlarında yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə, 2007-2019 -cu illərdə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Xətai və Quba rayonlarında yerləşən hərbi hissələrin Xüsusi təynatlı dəstəsində qrup komandiri, Xüsusi vasitələrin tətbiki dəstə komandirinin tərbiyəvi işləri üzrə müavini və xidmət rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Ehtiyatda olan mayor Xaqani Mikayılov peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 21-ildən cox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirib.
Xaqani Şavaqat oğlu Mikayılov Din-in Daxili Qoşunlarda xidmət etdiyi müddətdə şəxsən , Azərbaycan Respublikasının Konustutiyasına və qanunlarına, Hərbi Andın , hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur .
Xəqani Mikayılov Daxili Qoşunlara həvalə etmiş vəzifələrin yerinə yetirilməsində , cinayətkarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin axtarılmasında və zərərləşdirilməsində,yanğınlar,qəzalar,bədbəxt hadisələr və təbbi fəlakətlər zamanı hüquqi rejimin təmin edilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasındavə ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında üzərinə düşən vəzifə və tapşırıqların layiqincə yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdı
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşrıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə Daxili işlər Nazirinin, Dövlət Sərhəd Xidmətinin rəisinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, bir cox fərmanlarla, diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb,ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif olunub:
1.”Qusursuz xidmətə görə” 2 -ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xudmətə görə;
2.”Qusursuz xidmətə görə” 3 -cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
5.”Azərbaycan Reslubilkasının Silahlı Qüvvələrinin 95 illiyi (1918- 2013)” yubiley medalı ilə.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder