Təbrik:Mayor Aşur Həsənov -68





     

İnsan üçün ən yaddaqalan günlərin başlıcası onun həyata  gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər ili xüsusi qeyd olunur. Azərbaycanın musiqi sənətinin inkişafında xidmətləri danılmaz olan  Aşur  Həsənovun  avqust ayının 29-da dünyaya göz açdığı gündür.Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan - istefada olan mayor Aşur Həsənovu  belə bir əlamətdar gün munasibətilə  Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları, yaxınları  və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün  ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib,deyirlər Aşur müəllim

qoy yaşının üstə gələn bu yaş  da sənə  sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə   keçsin.

    

Mayor Həsənov Aşur Tanrıverdi oğlu  1955 ci- ilin avqust ayını 29 -da Bakı şəhərində ziyalı  ailədə anadan olub.

 

 1973-cü ildə Bakı  şəhərində  70 saylı  orta məktəbi,1976-cı ildə Uzeyir Hacıbəyov adına Bakı Müsuqi Akademiyasını bitirib. 


1974-1976 -ci illərdə Sovet ordusunun Estoniya Respublikasının Tartu şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqqi hərbi xidmətdə olub. 


1976-1992 -ci illərdə Baki Dölət Sirkinin Orkestirində  və  Azərbaycan Respubilkasının Xüsusi Dövlət Mühafizə Xidmətinin milli qvardiyasnın hərbi orkestirində müxtəlif vəzifələrdə işləyib. 1993 - cü ilin sentyabr ayından- 2003- cü ilin dekabr ayna  kımı Daxili işlər nazirliyi Daxili Qoşunlarının Bas İdarəsinin Nərimanov rayonunda yerləşən  nümnəvi- göstərici hərbı orkestrinin rəisi və dirijoru vəzifələrində xidmət edib. 2004 -cu ildən Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestirində  inispektor vəzifəsində işləyir.


O, yüksək peşəkarlığı,humanistliyi, dərin zəkası, gözəl nitq qabiliyyəti, səmərəli fəaliyyəti  və səmimiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün  47 ildən çox şərəfli xidməti yolunun 13 (on üç) ilini öz ixtisası üzrə  hərbi xidmətdə kecirib, 34 (otuz dörd) ilini isə Bakı Dövlət Sirkində və Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestirində keçirərək, Vətənə və xalqa sədaqətlə xidmət edir

    

Aşur Həsənov öz tabeliyində olanlara

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi nizamnamələrin, Daxili Qoşunların nümnəvi- göstərici hərbi orkestiri haqqında əsasnamənin tələblərinin,əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

    

1993 -cü ildə Din-in Daxili Qoşunlarda  nümnəvi göstərci hərbi orkestrin yaranması ən ümdə məsələlərdən biri idi. Belə tarixi vəzifəni həyata kecirmək, Daxili Qoşunların Baş İdarəsinin nümunəvi göstərici hərbi orkestr xidmətinin rəisi  istefada  olan polkovnik Cəfər  Abbasovun rəhbərliyi  altında hərbi orkestrin rəisi (hərbi dirijor)- istefada   olan mayor Aşhur Həsənovun taleyinə nəsib olmuşdur. O,ulu babalarımızın yaşayıb--yartmaq  ənənəsinə sadiq qalaraq, ibtidai şəraitdən başlayaraq, hərbi orkestrin ərsəyə gətirlib fəaliyyətə başlaması dövrünə qədər üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

    Aşur Həsənov Daxili Qoşunların nümnəvi- göstərici hərbi orkestrində xidmət etdiyi illər ərzində, onun rəhbər olduğu hərbi orkestrin kolektivi Daxili işlər nazirliyində (Din-də), Daxili Qoşunların Bas İdarəsinində, Din-in polis akademiyasında, Daxili Qoşunların Baş İdarəsinin döyüş bölgələrində, şəhər və rayonlarında yerləşən hərbi hissələrində yüzlərlə rəsmi tədbirlərdə iştirak etməsi , müxtəlif idarələrdə,mədəniyyət ocaqlarında, təşkilatlarda, ölkə televiziya kanallarında isə çıxış etməsi ücün ona, həvalə edilmiş vəzifə və tapşırıqları yüksək səviyyədə həyata keçirmişdir.

   Daxili Qosunlarin Baş İdarəsinin nümnəvi- göstərici hərbi orkestrin təcrübəli və peşəkar kadrlarla, kiçik mütəxəssislərlə, azad muzdlu işcilərlə komplekləşdirilməsi  və onalarla  tədris proqramlarına əsasən ixtisas hazırlığı üzrə məşğələlərin, məşqlərin keçirilməsində,orkestirin normal fəaliyyəti üçün hər  cür şəraitin yaradılmasında və müasir musiqi avadanlıqlarla təchiz olunmasında Aşur Həsənovun  böyük rolu və xüsusi xidmətləri  olmuşdur.

    Həsənov Aşur Tanrıverdi oğlu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin nümnəvi- göstərici hərbi orkestrində xidmət etdiyi illər ərzində, ona həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə, Daxili İşlər Nazirinin, Daxili Qoşunların komandanın və onların müavinlərinin, və xidmət rəisinin, tədbirlərdə iştirak etdiyi  Din-in polis akademiya rəisinin, hərbi hissə komandirlərinin və digər təşkilat və mədəniyyət ocaqlarının rəislərinin müfaviq əmrləri ilə bir sıra medallarla, əla xidmətlərə görə döş və yubley nisanları ilə təltif olubub,bir cox  fərmanlarla, ( pul mükafatlarılə), qiymətli hədiyyələr  ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN

AŞUR !


ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.


ÖMRÜN UZUN OLSUN 


100 YAŞA,DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!

 Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages