Təbrik:Mayor Almaz Quliyeva


  




   Daxili işlər Nazirliyi Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan,dərin zəkası,gözəl nitq qabiliyyəti ,səmimmiyəti,yüksək peşəkarlığı və intellektual səviyyəsi,iradi və mənəvi keyfiyyətləri  ilə seçilən,ömrünün ən məhsuldar dövrünü Daxili işlər Nazirliyi Daxili  Qoşunların Baş İdarəsinin mənzil-istismar xidmətində keçirmiş- istefada olan mayor Almaz Quliyevanınin avqust ayının 27-də 64 yaşı tamam olur.Daimi həyatın imtahanların alınıaçıq və üzüağ çıxan Almaz xanımı belə bir əlamətdar gün mübasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan  zabitləri, doğmalarl, yaxınları və  iş yoldaşları, onun pərəstişkarları  səmimi qəlbdən təbrik edir, səbəbkara  həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarinda bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Almaz xanım qoy yaşınızın üstə gələn bu yaş da sənə  sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən  günlərdən daha gözəl kecsin. 

   

Öz tutduğu vəzifəni cox sevən və öhtəsindən layıqınca gələn- istefada olan mayor Quliyeva Almaz Məhəmməd qızı 27 avqust  1959 -cu ildə  Tərtər rayonunun Qaradağlu kəndində zəhmətkeş ailədə anadan olub.

 

Heç kəsi özündən inçitməyən, xoş rəfftarı və şirin dilli  ilə hər kəslə doğmalıq yaradan Almaz xanım 1966-ci ildə Tərtər rayonun Qaradağlu kənd orta məktəbi, 1982- ci ildə isə  Bakı şəhərində Xarici Dillər Üniverstetini bitirib.

   

Hərbi xidmətdə öz tutduğu vəzifəni və ictimai iş mükkəməl bilən və şərəf   hissi ilə   yerinə yetirən  Almaz xanım 1982-1991-ci illərdə orta məktəbdə müəllim, Azərbaycan Milli Elmlər akademiyasında isə Kadırlar şöbəsinin inspektoru və baş inispektoru vəzifələrində işləmişdir.

   

Öz davranışı, dürüstliyi,insanpərvərliyi,sadəliyi,dəqiqliyi,təmkinliyi,vətənpərvərliyi və xeyirxahlığı seçilən Almaz xanım Daxili İşlər Nazirliyinin  Daxili Qoşunların Baş İdarəsində xidmət edən ilk təcrübəli və peşəkar qadın zabitlərdən biri olmuşdur. 


İstefada olan mayor Almaz  Məhəmməd qızı Quliyeva 1992 -2013-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin maddi- texniki təminat idarəsinin mənzil-istismar xidmətində baş zabit vəzifəsində şərəflə  xidmət etmişdir.

  

Əsil vətəndaşlıq mövqeyi ilə seçilən mayor Almaz Quliyeva Daxili Qoşunların Baş İdarəsində tender, mənzil -məişət komisiyalarının katibi, qadınlar şurasının isə sədr müavini kimi ictimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

   Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin, Daxili Qoşunların Bas İdarəsinin maddi- texniki təminat idarəsi üzrə əsanamə və təlimtların  tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işundə  Almaz xanım bir cox hərbi qulluqculara  daimi nümnə olmuşdur. 

 

Böyüklə-böyük,kiçiklə-kiçik olan,sözü ilə əməli düz gələn- istefada olan mayor Almaz Quliyeva səmərəli fəaliyyəti ilə, nəzəri və praktiki biliyi ilə,  işgüzarlıq və mənəvi  keyfiyyət ilə, təşkilatclıq bacarığı və  xidməti vəzifələrinin “əla”  yerinə yetirilməsi ilə Daxili Qoşunlar Komandanlıgnın daimi diqqət mərkəzində olmuşdur.

   

İntizamlı,  verdiyi vədi həmişə dəqiq və sözsüz yerinə yetirən Quliyeva  Almaz Məhəmməd qızı 1992-   2013-ci illərdə Daxili İşlər  Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinində komandir və ixtisas  hazırlığı üzrə keçirilən bütün məşğələlərdə,təlimlərdə, seminarlarda, yekun və inspeksiya yoxlamalarında əla qiymətlər aldıgına görə Daxili Qoşunlar Komandanı və onun müavinləri tərəfindən həvəsləndirmə qaydasında mükafatlandırlıb.

    

Almaz xanım  səmərəli fəaliyyəti,

təvəzökarlığı və humanistliyi ilə seçilən ömürünün ən məhsuldar dövrünün 21 ildən çox şərəfli  xidmət yolunu hərbı xidmətdə keçirərək Vətənə  və xalqa sədaqətlə xidmət etmişdir.

     

Həddindən artıq vətəninə,xalqına bağlıi insan,işlədiyi kollektiv arasında böyük nüfuza malik olan- istefada olan mayor Quliyeva Almaz Məhəmməd qızı  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsində,  Azərbaycan Milli Elmlər Akademiyasında  işlədiyi müddətdə üzərinə düsən vəzifələrin yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə O, Daxili İşlər Nazirin , Daxili Qoşunların Komandanın və onun müavinlərinin,xidmət rəisinin, Azərbaycan Elmlər Akademiyasının rəhbərliyinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları olə təltif olunub,bir cox fərmanlarla ,qiymətli hədiyyələrlə (pul mükafatı ilə)  mükafatlandırlıb, ona təşəkkur elan edilib və aşağıdakı

 medallarla təltif olunub:

 

1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi (1991-2001)” yibiley medalı ilə;


2.”Azərbaycan  Respubilkasının Silahlı Quvələri yarannasının 90 illiyi (1918-2008)” yubiley  medalı ilə;


3.”Azərbaycan Respubilkasının Sillahlı Qüvvələrinin  yaranmasının 95 illiyi (1918-1913)” yubiley medalı ilə;  


 4.”Qüsursuz xidmətə görə 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


5.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


6.”Qusursuz xidmətə görə 3- cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

    Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlıqla, terrorçuluga və digər təhlükəli cinayətlərə qarşı mübarizədə xüsusi ilə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezıdentının müvafiq sərəncamı ilə 2008 -ci ildə mayor Almaz Quliyeva "Hərbi xidmətlərinə görə " medalla təltif edilib.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN

ALMAZ XANİM!


ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN,ÖMRÜN UZUN OLSUN! 


100YAŞA.

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA

 Azərbaycan  Respubilkasının Silahlı Qüvvələri və  Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages