Təbrikdə deyilir: «Bu gün sıralarında, çiyin-çiyinə və birgə addımladığımız bir təşkilatın 29 yaşı tamam olur. Bu illər ərzində, həm ölkəmiz, həm də orumuz nəzərə çarpacaq dərəcədə güclü bir inkişaf yolu keçib. Nəhayət ki,illərlə arzusunda olduğumuz bu Böyük Tarixi Zəfər günlərində 29-cu yaş günümüzü tam könüldən qeyd edirik. Azərbaycanın Şanlı Ordusu və Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin «Dəmir yumruq» əməliyyatı 44 gün içində düşmən ordusunu darmadağın elədi. 1828-ci ildən bəri üzərimizə qısqırdılan və dünyanın vicdansızcasına dəstək verdiyi mənfur düşmən öz yerində oturduldu. Təşkilatımızın üzvü olan veteranlarımız bu Zəfərin qazanılmasında öz övladlarıyla birgə iştirak etdilər. Biz illərcə torpaqlarımızın azad edilməsinin tək yolunun hərbi yol olduğunu söylədik. Bu gün bu nəticəni ortaya qoymuş Komandanımıza və şanlı Azərbaycan əsgərinə minnətdarıq. Belə bir gündə ad günü qeyd etmək iki qat bayramdır. Bu gün şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edirik, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlıqlarını itirən döyüşçülərimizi, bütün veteranları AVMVİB-nin 29 illiyi münasibətilə təbrik edir, onlara cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram. Şəhidlər bu millətin baş tacımızdır. Onların əmanəti hamımızın diqqətində olmalıdır. İllərcə Böyük Atatürkün bir sözünü bütün görüşlərdə təkrar-təkra söyləmişəm. Atatürkdən Çanaqqalada bunca şəhid verməyə dəyərmiydi soruşulanda demişdi: «Analar oğul doğa bilər, amma Vətən doğulmur!» Qazilərimizlə bağlı deyərdim ki, ayaqlarımız, qollarımız, gözlərimiz olmadan yaşaya bilərik. Yaşayırıq da. Ancaq Vətənimiz olmadan, yaşaya bilmərik! Vətən torpağına basılmayan ayaq, Vətən torpağını görməyən göz kimə lazımdır? 29 ildir birgə yürüyürük. Birgə mübarizələrdə illərimiz gedib. Onlarla veteranımızı Qarabağı görmədən canları qədər sevdikləri torpağa verdik. Hər birini rəhmətlə anırıq. Onların da nigaran ruhları artıq dinclik tapdığına inanıram. Allah hər bir veteranımızı qorusun və bu Qələbə müjdəli 29 iliniz mübarək olsun! Hər birinizi təbrik edirəm!» Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat Xidməti



Bu gün Azərbaycanda 26 avqust — Laçın şəhəri günüdür.

Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci avqustun 26-da Azərbaycanın nəzarəti altında keçib.

Azərbaycanın Vətən müharibəsində döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də təsdiqini tapıb, Ermənistan Ağdam və Kəlbəcərlə yanaşı, Laçın rayonunu da boşaltmaq məcburiyyətində qalıb.

Vətən müharibəsində əldə edilən Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib.

Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyindən şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalıb.

Alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan Ordusu 26 avqust 2022-ci ildə Laçın şəhərinə yerləşib, eyni zamanda Zabux və Sus kəndləri nəzarətə götürülüb, Laçın şəhərində Azərbaycan bayrağı ucaldılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, 26 avqust – Laçın şəhəri günü kimi təsis edilib.

Şəhər günlərinin təntənəli şəkildə qeyd olunması nəzərdə tutulur.

Hiç yorum yok:

Yorum Gönder

Pages