Təbrik: Ziya Əsədov





    

Daxil İşlər Nazirliyinin Daxili Qoşunların həyatında öz dəsti - xətti olan, yüksək peşəkarlığı, dərin zəkası,  vətənpərvərliyi,  gözəl nitq qabiliyyəti, sadəliyi, insanpərvərliyi və səmimiyyəti   ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş ehtiyatda olan mayor Əsədov Ziya Ramiz oğlunun avqusth ayının 7 - də   43 yaşı tamam olur.

 

Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan  ehtiyatda olan  mayor  Ziya Əsədovu  doğum günü münasibətilə  Din-in Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri,doğmaları ,yaxınlarıvə iş  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,

  Ziya qoy hər yeni yaşınız  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz  isə  səni istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.

  Mayor Əsədov Ziya Ramiz  oğlu  avqust ayının  7 -də Azərbaycan Respublikasının   Lənkəran rayonunda  zəhmətkeş  ailədə

 anadan olub.

   

1997 - ci ildə Lənkaran şəhər 1 nömrəli tam orta məktəbi,  2002- ci ildə   Bakı Ali  Ümümqoşun  Komandirlər Məktəbini (BAÜKM), 2003 - ci ildə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin  Xəzər rayonunda yerləşən hərbi  məktəbdə zabitlərin ixtisas

artırma kursunu,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində isə Türkiyə Jandarma  Qüvvələrinin hərbi məktəblərinin birində  kəşfiyyat rəisi kursunu   bitrib. O, hərbi təcürbə mübadiləsi əldə etmək üçün Türkiyə Jandarma  qüvvələrinin hərbi hissələrində, hərbi məktəblərində və əlahiddə bölmələrində işgüzar səfərdə olub.

     

2003-2018 - ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin  Quba,  Bərdə rayonlarında və Gəncə şəhərlərində yerləşən hərbi hissələrdə taqım komandiri, bölük komandirin tərbiyəvi işləri üzrə müavini, böluk komandiri,xüsusi təynatlı dəstənin kəşfiyyat rəisi,xüsusi təynatlı dəstənin qərargah rəisi,xüsusi vastələrin tətbiqi  taborun komandiri vəzifələrində Vətənə  və xalqa  sədaqətlə xidmət  edib.

 

Ziya Əsədov Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi  nümunə olub.Ziya Əsədov Daxili Qoşunların  Baş İdasində, təlim -tədris mərkəzlərində və hərbi hissələrində keçirilən bir çox  təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, xüsusi - taktiki təlimlərdə,nümnəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində  bu sahədə bilik və baçarıqlarını  maksimal təhkimləşdirib  və beləcə  daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq edib.

    

 Mayor Ziya Əsədov  həmişə ulu öndərin idealarına, dövlət başçımızın yerdiyi siyasətə, dövlətçiliyə sadiq ,hər zaman sözü ilə əməli bir olan  zəhmətkeş zabit olub.  


Qanunvericiliklə  DİN- in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,

şəhərdə, yaşayış yerlərində və  kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış  məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların,bədbəxt hadisələrin,yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, eyni zamanda küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

    

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri iIə əlaçı döş  və yubiley nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında iştirak etdiyinə,

döyüşlər və xüsusi əməliyatlar zamanı şücaət, fədakarlıq göstərdiyinə və  öz xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə mayor Əsədov Ziya Ramiz  oğlu aşağıdakı medallarla təltif olunub:


1.”Hərbi xidmətlərə görə" medal ilə,


2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi (1918- 2008 )”  yubiley medalı ilə;


3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 95- illiyi (1918 -2013)” yubiley  medalı ilə;


4."Qüsursuz  xidmətə görə" 3 -cü dərəcəli medal - Silahlı Qüvvələrdə  10 təqvim ili  xidmətə görə;


5."Qüsursuz xidmətə görə" 2-ci  dərəcəli medal 

 - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


6.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə  20 təqvim ili xidmətə görə.


Hərbi yoldaşları  Ziya Əsədovu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  ZİYA.


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

  

Azərbaycan Respubilkasının Silahlı Qüvvələri  və müharibə veteranı polkovnik Salman Musayev










   

Hiç yorum yok:

Yorum Gönder

Pages