Daxil İşlər Nazirliyinin Daxili Qoşunların həyatında öz dəsti - xətti olan, yüksək peşəkarlığı, dərin zəkası, vətənpərvərliyi, gözəl nitq qabiliyyəti, sadəliyi, insanpərvərliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş ehtiyatda olan polkovnik- leytenat Quliyev Vüqar Qədir oğlunun avqusth ayının 6 - də 47 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan polkovnik -leytenat Vüqar Quliyevi belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları, yaxınlarıvə iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Vüqar qoy hər yeni yaşınız sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Vüqar Qədir oğlu Quliyev avqust ayının 6 -də Azərbaycan Respublikasının Qubatlı rayonunda zəhmətkeş ailədə
anadan olub.
O,1993 - cü ildə Qubatlı şəhər 1 nömrəli tam orta məktəbi, 1997- ci ildə Bakı Ali Ümümqoşun Komandirlər Məktəbini (BAÜKM), 1999 - cu ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Döyüş hazırlığı İdarəsinin Xəzər rayonunda yerləşən zabitlərin ixtisas
artırma kursunu, 2009 - cu ildə isə Türkiyə Jandarma Qüvvələrinin hərbi məktəblərinin birində xüsusi təynatlı dəstələrin hazırlğı kursunu bitrib. Vüqar hərbi təcürbə mübadiləsi əldə etmək üçün Türkiyə Jandarma qüvvələrinin hərbi hissələrində, hərbi məktəblərində və əlahiddə bölmələrində işgüzar səfərdə olub.
Polkovnik-leytenat Vüqar Quliyev 1997-2016 - ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Xəzər, Zakatala,Quba və Hacqabul rayonlarında yerləşən hərbi hissələrdə tədris taqımın komandiri, tədris böluyün komandiri,əməliyyat bölüyün komandiri, xüsusi təynatlı dəstənin rəisi, briqadanın kəşfiyyat rəisi, qərargah rəisinin döyüş təlimi üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin kimya xidmətində isə baş zabit vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.
Vüqar Qədir oğlu Quliyev Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və hərbi qulluqçuların etik davranış kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi nümunə olmuşdur..O, Daxili Qoşunların Baş İdasində, təlim -tədris mərkəzlərində və hərbi hissələrində keçirilən bir çox təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma kurslarda, xüsusi - taktiki təlimlərdə,nümnəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində bu sahədə bilik və baçarıqlarını maksimal təhkimləşdirib və beləcə daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq edib.
Polkovnik - leytenat Vüqar Qədir oğlu Quliyev Qanunvericiliklə DİN- in Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,
şəhərdə, yaşayış yerlərində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların,bədbəxt hadisələrin,yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, eyni zamanda küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri iIə əlaçı döş və yubiley nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında iştirak etdiyinə,
döyüşlər və xüsusi əməliyatlar zamanı şücaət, fədakarlıq göstərdiyinə və öz xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə polkovnik -leytenat Quliyev Vüqar Qədir oğlu aşağıdakı medallarla təltif olunub:
1.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi (1991-2001)” yubiley medal ilə,
2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi (1918- 2008 )” yubiley medalı ilə;
3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 95- illiyi (1918 -2013)” yubiley medalı ilə;
4."Qüsursuz xidmətə görə" 3 -cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal
- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
Hərbi yoldaşları Vüqar Quliyevi vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN VÜQAR.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder