İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də Daxili Qoşunların, Ağdam, Ağdərə, Füzuli, Nərimanov rayonunda, Sumqayıt şəhərində yerləşən hərbi hissələrdə,əlahiddə bölmələrdə və Daxili Qoşunların Baş İdarəsinin Rabitə və AİS şöbəsindədə Vətənə və xalqa sədaqətlə xidmət etmiş, Azərbaycan Respublikasının
müharibə veteranı- ehtiyatda olan gizir Telman Hacıyevdir. Avqust ayının 10 - da onun 49 yaşı tamam oldu.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Telman Hacıyevi doğum günü münasibətilə Din-in Daxili Qoşunların hərbi vəzifəliləri,doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Telman qoy yaşının üstə gələn bu yaş da sənə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Telman Hacıyev 1992-1994 - cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam,Ağdərə və Füzuli rayonları istiqamətlərində) gedən döyüşlərdə iştirak edərək, üzərinə düşən vəzifə və tapşırıqları şərəflə yernə yetirmişdir.Müharibə veteranıdır.
O,Azərbaycan Respubilkasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın və hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamları dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara şəxsi nümünə olmuşdur.
Qanunvericiliklə Daxili Qoşunlara həvalə edilmiş, vəzifə və tapşırıqların yerinə yetirilməsində (mühüm dövlət obyektlərin, islah -əmək müəsissələrin və hərbi təchizat anbarların mühafizə olunmasında,yaşayış məntəqələrində və islah -əmək müəsissələrdə kütləvi iğtişaşların qarşısının alınmasında,axtarışda olan şəxslərin axtarllmasında və tutulmasında,cinayətkarlığa qarşı mübarizədə, səhərlərdə, yaşayış məntəqələrində və kütləvi idman tədbirlərin kecirilmə yerlərindəictimai asayişin qorunmasında və ictimai təhlükəziliyin təmin edilməsində, baş vermiş qəzaların, bədbəxt hadisələrin, yanğınların, təbii fəlakətlərin nəticələrinin qaşısının alınmasında, fövqəlada hallar zamanı hüquqi rejimin təmin edilməsinə) üzərinə düşən vəzifə və rapşırıqları layıqınca yernə yetirmişdir.
Telman Hacıyev öz xidmət və ictimai vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə və nümnəvi xidmətlərinə görə bir sıra medallarıla, əlacı döş və yubiley nişanları ilə təltif olunub,bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edlib və adı hərbi hissənin Fəxri kitabına yazlıb.
TELMAN 49 YAŞIN MÜBARƏK !!!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Respubilkası Silahlı Qüvvələr və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder