Təbrik: polkovnik- leytenat Zöhrab Səfərov -75




İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun dünyaya gəldiyi gündür.Hər olduğu kimi bu ildə də doğum gününü qeyd edən istefada  olan polkovnik- leytenant Səfərov Zöhrab Tahir oğlunu belə bir əlamətdar  gün münasibətilə Daxili işlər nazirliyi

(Din-in) Daxili  Qoşunlarının ehtiyatda və istefada  olan zabitləri, doğmaları, yaxınları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Zöhrab müəllim,

qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.


Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə  veteranı istefada olan polkovnik leytenant Səfərov Zöhrab Tahir oğlu  30 avqust 1948-ci ildə Qərbi Azərbaycanın Meqri  rayonunda zəhmətkeş ailədə     anadan olub.

    

O,  1965 -ci ildə  Meqri rayon tam orta məktəbi,1973-cı ildə Kirov adına Dövlət Universitetini (Bakı Dölət Universitetini) bitirmişdir

Zöhrab Səfərov 1973- 1974 ci ilərdə Sovet ordusunun Zakafkaz dairəsində  yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 


1975-2003-cü illərdə Daxili İşlər Nazirliyinin cəzaçəkmə müəssisəsində dəstə rəisi, cəzaçəkmə müəssisə rəisinin tərbiyəvi işləri üzrə müavini, Din -in Daxili Qoşunların Bas İdarəsinin konvoy-mühafizə alayinda,alay komandirinin  arxa xidmət üzrə müavini, konvoy-mühafizə alayın komandiri,Daxili Qoşunların Bas İdarəsinin ərzaq şöbəsində  qoşunların yardımçı təsərrüfat  bölməsinin rəisi,Daxili Qoşunların Baş İdarəsinin Xəzər, Hacıqabul və Quba rayonlarında  yerləşən hərbi hissələrdə hərbi hissə komandirinin arxa xidmət üzrə müavini vəzifələrində xidmət edib.

 polkovnik- leytenant Zöhrab Şəfərov hərbi hissə komandirinin arxa xidmət  üzrə  müavini vəzifəsində xidmət  etdiyi illər ərzindəbtabeliyində olan xidmətlər üzrə hərbi hissənin bölmələrinin maddi- təminatınamaddi vasitələrin bütün növlərinin gətirilməsinə və şəxsi heyətə vaxtında çatdırılmasına, kazarma-yaşayış fondunun, silah və texnikanın qorunub saxlanılmasına, parkların və yeməkxanaların vəziyyəttinə və orda xidmətin təşkilinə cavadeh olduğu sahələrdə üzərinə düsən vəzifələrin,tapşırıqların  yerinə yetirilməsinə, biavəstə tabeliyində olan xidmətlərdə aşkar edilmiş nöqsanların  aradan qaldırılmasına məsuliyyətlə yanaşmışdır.


İstefada   atda olan polkovnik- leytenant Səfərov Zöhrab Tahir oğlu peşəkarlığı,dərin zəkası,səmərəli fəaliyyəti,təşkilatçlıq bacarığı, işgüzarlığı,vətənpərvərıiyi,səmimimiyəti, humanistliyi,iradi və mənəvi keyfiyyətləri  ilə seçilən ömrünün ən məhsuldar dövrünün   30 ildən  cox şərəfli xidmət yolunu Daxili işlər nazirliyinin Cəzaçəkmə müəssisəsində,Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində  müxtəlif vəzifələrdə keçirərək, Vətənə  və  xalqa sədaqətlə xidmət etmişdir.

Zöhrab Səfərov Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində bir çox komissiyaların, kompleks və məqsədli qurupların üzvü və rəhbəri kimi üzərinə düsən vəzifələrin, tapşırıqların yerinə yetirilməsinə  məsuliyyətlə yanaşmışdır.

O,Daxili  Qoşunlara və xidmət etdiyi hərbi hissəyə həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində,cinayətkarlığa qarşı mübarizədə, şəhərlərdə , yaşayış məntəqələrində  və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin  qorumasında,yaşayış məntəqələrində və cəzacəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, silahlı dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və fövqəlada hallar  zamanı hüquqi  rejimin təmin edilməsində,islah-əmək müəssisələrin,hərbi anbarların, mühüm dövlət  obyektlərin və xüsusi yüklərin mühafizə  edilməsində,eləcə də Azərbaycan Respublikasının  ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  üzərinə düsən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır

Arxa xidmət üzrə  bilavasitə tabeliyində olan bölmərin və xidmətlərin şəxsi həyəti ilə , kiçik mütəxəssislərlə, hərbi hissələrin  yardımçı təsərrüfat rəisləri ilə döyüş və ictimai  hazırlığı (ixtisas hazırlığı ) üzrə məşğələlərin, məşqlərin  və nümunəvi- köstərici məşğələlərin, bölüyün baş cavuşları ilə, taqım və böluk komandirləri ilə təlim- metodiki toplanışların  kecirilməsi istqamətində  üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmış, məşğələlərin və təlim-metodiki  toplanışlarının keçrilməsi zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasını vaxtında təmin etmişdir.

 polkovnik- leytenant Səfərov Zöhrab Tahir oğlu öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fərqləndiyinə görə   Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin hərbi hissə komandirinin, işlədiyi islah-əmək müəssə rəisinin müvafiq əmrləri ilə bir sıra medallarla, əla xidmətlərə görə döş və yubiley nisanları ilə, bir cox  fərmanlarla, (pul mükafatları ) və qiymətli hədiyyələr ilə mukaflandırlıb və ona təşəkkür elan edilib.


DOGUM  GÜNÜN  MÜBARƏK  OLSUN,

ZÖHRAB  MÜƏLLİM!


ALLAH  SƏNİ  BÜTÜN  ARZULARINA  ÇATDIRSIN.


DAİMA  XOŞBƏXT  VƏ  FİRAVAN  YAŞA

ÖMRÜN  UZUN  OLSUN  100 YAŞA.


 Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə  Veteranı 

 polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages