İnsan ücün ən yaddaqalan günlərin başlıcası onun həyata gəldiyi gündür.Ömürə bəzək olan ad günü hər il xüsusi qeyd olunur.Bu gözəl yay günündə ad gene qeyd olunan insanlardan biridə Din-in Daxili Qoşunların hərbi hissələrində öz dəst-xətti olan -ehtiyatda olan
polkovnik-leytenant Namiq Seydəliyevdir.Avqust ayının 18 -də onun 53 -yaşı tamam olur.Daimi həyatın imtahanınlarından alınıaçıq və üzüağ çıxan Namiq Seydəliyevi belə bir əkamətdar gün munasbətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,yaxınları iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Namiq qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun, səni xoşbəxt edəcək şəkildə keçsin.
Polkovniki leytenant Seydəliyev Namiq Məhəmməd oğlu 18 avqust 1970- ci ildə Sumqayıt şəhərində anadan olub. O 1987 -ci ildə Sumqayıt şəhərində orta məktəbi, 1993- cü ildə Daxili Qoşunların Vladikafkazda yerləşən Ali hərbi məktəbi,1997- ci ildə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən təlim -tədris mərkəzində tabor komandiri və taborun qərargah rəisi kursunu, 2005-ci ildə isə Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin hərbi məktəbində baş zabitlərin ixtisas artırma kursunu bitirib.
Müharibə veteranı ehtiyatda olan polkovnik-leytenant Namiq Seydəliyev 1988- 1989-cü illərdə Din-in Daxili Qoşunların Vladikafkazda yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.
Namiq Seydəliyev 1993- 2009-cu illərdə Daxili işlər nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Sumqayıt şəhərində, Quba, Zakatala, Xəzər, Binəqədi və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrdə taqım və bölük komandiri ,döyüş hazırlığı bölməsinin rəisi,tabor komandiri,Daxili Qoşunların Baş İdarəsinin Qərargahında isə əməliyyat şöbəsinin baş zabit vəzifələrində xidmət etmişdir.
O,Daxili Qoşunlara,və xidmət etdiyi hərbi hissəyə həvalə edilmiş vəzifələrin və tapşırıqların yerinə yetirilməsində,dövlət obyektlərinin, inzibatı binaların, hərbi təchizat anbarların və hərbi bazaların mühafizəsində,cinayətkarlığa qarşı mübarizədə, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasında,yaşayış mətəqələrində kütləvi iğtişaşların qarşısın alınmasında, qəzaların, bədbəxt hadisələrin, yanğınların, təbii fəlakətlərin və fövqalədə halar (hərbi vəziyyət) zamanı hüquqi rejimin təmin edilməsində üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Namiq Seydəliyev Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın,hərbi və daxili qoşunların döyüş nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək, üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsinə layıqincə gəlmişdir.
Müharibə veteranı ehtiyatda olan polkovnik-leytenant Namiq Seydəliyev Məhəmməd oğlu peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün ən məsuldar dövrünün 21 ildən cox şərəfli xidməti yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə kecirib.
Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə, polkovnik-leytenant Namiq Seydəliyev Daxili İşlər Nazirin,Daxili Qoşunlar Komandanın, ali hərbi məktəb rəisinin və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı döş və yubiley (idman dərəcəsi) nişanları ilə fəxri fərmanlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif olunub:
1.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991 -2001)” yubiley medalı ilə;
2.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2018)” yubiley medalı ilə;
3.“Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
4.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli maedal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə10 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK NAMİQ !
HEC VAXT DƏRD QƏM GÖRMƏYƏSƏN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN CİN OLSUN !
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN !
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder