Daxili işlər nazirliyi Daxili Qoşunlarının həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı və işgüzarlığı,dərin zəkası,gözəl nitq qabiliyyəti,sadəliyi, səmimiyyəti, idarəclik və təşkilatclıq bacarığı, iradi və mənəvi keyfiyyətləri ilə seçilən,ömrünün ən məhsuldar dövrünü Daxili Qoşunlarda kecirmiş polkovnik Əli Qasımovun avqust ayının 19 da 49 yaşı tamam olur.Daimi həyatın imtahanlarından alınıaçıq ,üzüağ cıxan Əli Qasımovu belə bir əlamətdar gün
münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olanzabitləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insanın ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,
Əli qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu günlər bəxş etsin,hər yeni günün isə ötən günlərdən daha gözəl, istəklərinə uyğun, səni xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik Qasımov Əli Qasım oğlu 19 avqust 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kəndində zəhmətkeş ailədə anadan olub.
1974 -cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kənd orta məktəbəinin birinci sinifinə daxil olmuş, 1991-ci ildə həmin orta məktəbi bitirdikdən sonra, 1991-ci ildə Naxçıvan Dövlət Universitetinə daxil olmuş, 1996-ci ildə həmin Universiteti bitirmişdir.Polkovnik Əli Qasımov 1999 -ci ilın fevral ayında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Xəzər rayonunda yerləşən hərbi- tədris müəssisəsini əla qiymətlə bitrdikdən sonra Daxili İşlər Nazirinin müvafiq əmri ilə ona ilk hərbi "leytenant "hərbi rütbəsi verilib.
Əli Qasımov1996-1997 -cı illərdə Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.
polkovnik Əli Qasımov 1998- 2019-ci illərdə Daxili işlər nazirliyi Daxili Qoşunlarının Bas İdarəsinin Naxçıvan şəhərində, Bərdə, Zaqatala, Qaradağ və Nərimanov rayonlarında yerləşən hərbı hisələrdə ( hərbi hospitalda) taqim komandiri, tərbiyə bölməsində təlimatçi və baş təlimatcı, hərbi hissə komandirinin (hərbi hospital rəisinin) tərbiyəvi işlər üzrə müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.
O, Daxili Qoşunlara,xidmət etdiyi hərbi hissəyə həvalə edilmiş vəzifələrin və tapşırıqların yerinə yetirilməsində,dövlət əhmiyyətli obyektlərin, inzibatı binaların, hərbi təchizatl anbarlarının mühafizəsində, ,cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin,axtarışda olan şəxslərin tutulmasında və zərərləşdirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində, ictimai asayişin təmin olunmasında,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısımın alınmasında, qəzaların, bədbəxt hadisələrin,yanğınların,təbii fəlakətlərin,fövqələda hallar zamanl hüquqi rejimin təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Polkovnik Qasımov Əli Qasım oğlu yüksək intellektual səvviyəsi,xeyirxahlığı, peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 23 (iyirmi üc) ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə kecirib.
Əli Qasımov Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər ucun daimi nümnə olmuşdur.
Ehtiyyatda olan polkovnik Əli Qasımov Türkiyə Cümhüriyyətinin Jandarma Qüvvələrinin xidməti fəaliyyəti və onların bir hərbı qurum kımı ölkə daxilində yerinə yetrdikləri funksiyaları ilə yaxından tanış olmaq üçün 1999-cu ilin aprel ayında Ankara, Istanbul, və İzmir (Foce) şəhərlərində işguzar səfərdə olub.
Əli Qasımov Daxili Qoşunların Baş idarəsinin hərbi hisələrində təlimatcı və hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəsində xidmət etdiyi illər ərzində, hərbi hissədə bir sıra komissiyaların üzvü və məqsədli qrupun rəhbəri olduğu müddətdə o,səmərəli fəaliyyəti ilə, işgüzar və mənəvi keyfiyyəti ilə, nəzəri və praktiki biliyi ilə üzərinə düsən vəzifələrin yerinə yetirilməsində daimi Daxili Qoşunların Komandanlıgının, Naxçıvan Muxtar Respublikasının Daxili işlər nazirinin və hərbi hissə komandirinin diqqət mərkəzində olmuşdur.
Dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə, döyüş və xüsusi əməliyatlar zamanı igidlik göstərdiyinə, öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yerınə yetirərkən fəriqləndiyinə görə, Azərbaycan Respublikası Prezidentinin 08 mart 2014- cü il tarixli Sərəncamı ilə, Daxili İşlər Nazirin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Naxçıvan Muxtar Respubilkasının Daxili işlər nazirinin, hərbi hospital rəisinin, briqada və alay komandirlərinin müvafiq əmirləri ilə polkovnik Əli Qasımov əla xidmətlərə görə əlacı döş və yubiley nişanları ilə təltif edilib, bir çox fərmanlarla, diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif olunub:
1."Hərbı xidmətlərə görə” "medalı ilə;
2.”Qusursuz xudmətə görə” 1-ci dərəçəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5.” Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə;
7.”Azərbaycan Respubilkası Silahll Qüvvələrinin 100 illiyi (1918-2018)”yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK ƏLİ!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN!
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.
ÖMRÜN UZUN OLSUN!
100 YAŞA, SAĞLAM YAŞA.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder