İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də yüksək peşəkarlığı və humanistliyi, sadəliyi və səmimiyyəti, dəqiqliyi və təmkinliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, vətənpərvərliyi və təcövzkarlığı ilə seçilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin hüquqi məsələlər üzrə səlahiyyətli nümayəndəsi 2-ci qrup müharibə əlili- istefada olan kapitan Suleymanov Yaşar İdris oğludur. Avqust ayının 7 - də onun 65 - yaşı tamam oldu.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan 2-ci qrup müharibə əlili Suleymanov Yaşar İdris
oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranları polkovnik Salman Musayev, polkovnik Yuri Qalaqanov doğmaları, dostları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər,Yaşar müəllim qoy yaşının üstə gələn bu yaş sənə sevinc dolu illər bəxş etsin və hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin
Kapitan Suleymanov Yaşar İdris oğlu 1958 -ci ilin avqust ayının 7 -si Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.Əslən Lacın rayonun Təzəkənd kəndindəndir.
Yaşar Suleymanov 1975 -ci ildə Bakı şəhər 78 saylı orta məktəbi, 1985 -ci ildə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitrib.
1976-1978-ci illərdə Sovet Ordusunda həqqiqi hərbi xidmətdə olub.1992- 1998-ci illərdə Azərbaycan ordusunun döyüş bölkələrində (Lacın, Kəlbəcər, Ağdərə, Füzuli və Ağdam rayonlarında) Naxçıvan Muxtar respubilkasında yerləşən hərbi hissələrində bölük komandiri vəzifələrində vətənə və xalqa sədaqətlə xidmət edib. O, Lacın və Ağdam rayonları istiqamətlərində gedən döyüşlərdə yaralanıb.2-ci qrup müharibə əlilidir.Yaşar Suleymanov hal-hazırda elmi işlə məşğuldur.
O, hərbi xidməti və İctimai vəzifələrinin icrasına məsuliyyətlə yaşadığına görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin, xidmət etdiyi korpus və hərbi hissə komandirinin müvafiq əmrləri ilə müvafiq medalarla və döş nişanları ilə təltif olunub, bir cox fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
YAŞAR MÜƏLLİM, 65. YAŞIN MÜBARƏK !!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranları polkovnik Salman Musayev və polkovnik Yuri Qalaqanov
Hiç yorum yok:
Yorum Gönder