Təbrik: Kapitan Almaz Xəlilov- 54


İnsan üçün ən yaddaqalan günlərin  başlıcası onun həyata gəldiyi gündür. Öm bəzək olan ad günü  hər  il xüsusi qeyd olunur.Xüsusi ad günü qeyd olunan insanlardan biridə Daxili işlər orqanların Daxli Qoşunların həyatında öz dəst-xətti olan, işgüzarlığı,  vətənpərvərliyi və zəhmətkeşliyi ilə seçilən Əfqanıstan müharibə veteranı və  Azərbaycan Respublikasının müharibə veteranı ehtiyatda olan kapitan Xəlilov Almaz Səmyət oğludur.Avqust ayının 22 -də onun 54 yaşı tamam olur.Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü kapitan Almaz Xəlilovu belə bir əlamətdar  gün münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları, iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara insan üçün ən şirin nemət olan möhkəm cansağlığı,həyat yollarnda uğurlar arzu edib deyirlər.Almaz qoy yaşnızın üstə gələn  bu yaşda sizə sevincdolu günlər bəxş etsin.

Xəlilov Almaz Səmyət oğlu 1969 - cu ilin avqust ayının 22- də Ermanıstan Sovet Sosialist Respublikasının Kalinino rayonunun Dəmirçilər kəndində zəhmətkeş ailədə anadan olub.

1986 ci ildə Kalinino rayonun Dəmircilər kənd orta məktəbini, Azərbaycan Ordusunun və Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Döy  təlim tədris  Zabit heyətinin hazırlığı və zabitlərin ixtisas artırma kurslarnı bitrib. O, Daxili Qoşunlarda xidmətdə olduğu illərdə Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir çox təlim- təlim metodiki toplanışlarda,nümnəvi -göstərici məşgələlərdə, xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.


1987- 1988 ci illərdə Sovet Ordusunun Taşkənd Respublikasında, Əfqanıstan Demokratik Respublikasında, Rasiyanın isə Kalininqrad şəhərində yerləşən hərbi hissələrində müddətlı həqiqi hərbi xidmət olub.

1990- 1992 -ci  Azərbaycan Respubilkasının Daxili işlər nazirliyin Əlahiddə xüsusi- təyinatlı polis  dəstəsində yarım qurup komandiri, 1992-1993-cü ildə Azərbaycan Ordusunun  döyüş bölgələrində yerləşən hərbi hissələrinin birində xüsusi təynatlı dəstədə qurup komandiri, 1993- 2002 -ci illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Nərmanov, Hacıqabul,Zakatala rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrində  alayın qərargah rəisinin xidmət üzrə köməkcisi, xüsusi təyinatlı dəstə komandiri , tabor komandiri, Daxili Qoşunların Baş İdarəsinin Qərargahının Növbətçi Xidmətində isə baş zabit vəzifələrində Vətənə  və xalqa sədaqətlə xidmət etmişdir.”Hərbi xidmətkecmə kecmə haqqında” əsasnamənin 156-cı maddəsinin 156-cı maddəsinin “v”  bəndinə əsasən (xəstəliyə görə ) Azərbaycan Respubilkası Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsindən ehtiyata buraxılıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Şuşa, Laçın, Qazax, Tovuz, Göygöl, Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə və Çaykəndi xüsusi əməliyyatlarında üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Əsli vətəndaşlıq mövqeyi ilə seçilən kapitan Almas Xəlilov və qardaşı müharibə veteranı Ramiz Səmyət oğlu Xəlilov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin üzvləri kimi, onlar daimi şəhid ailələrinin və müharibə əlillərinin (müharibə veteranlarının ) yanında olaraq öz köməkliyini onlardan əsirgəmir, onların bir cox tədbirlərində  fəal iştirak edirlər.

Almaz Xəlilov Daxili işlər nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifə və taışırıqların yerinə yetirilməsində,şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın təmin olunmasında və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində ,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər, fövqəladə hallar (hərbi və komendantsaatı) zamanı  hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.


O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış,qohum - əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə,  döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, korpus hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı  döş və yubiley nişanları ilə təltif olunub, bir cox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

  Öz  xidməti və ictimai  vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları  yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə  digər xidmətlərinə  görə aşağıdakı medallarla təltif olunub:

1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi (1991-2001)” yubiley medalı ilə;

2.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;

3.”SSRİ Silahlı Qüvvələrin  70 illiyi (1918-1988)” yubiley medalı ilə;

4.”Əfqanıstan müharibəsi veteranı” medalı ilə;

5.”Əfqanıstanda döyüş əməliyyatların bitməsinin 25 illik xatirəsinə” medalı ilə;

6.”Beynəlmiləl döyüşcü” medalı ilə;

7.”Azərbayca   Reslubilkaaının müharibə veteranı”  medalı ilə;

8.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin yaranmasının 25-illiyi (1994-2019)”  yubiley  medalı ilə;

9.” Milli Ordunun yaranmasının 100 illiyi (1918-2018)”  yubiley medalı ilə.

Almaz doğum günün mübarək olsun!!!

  

100 yaşa, sağlam yaşa.


Azərbaycan Respubilkasının Silahlı Qüvvələri  və Müharibə Veteranı

polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages