Təbrik: İlkin Yoldaşov





  Peşəkarlığı, humanistliyi, dərin zəkası,  vətənpərvərliyi,  gözəl nitq qabiliyyəti, sadəliyi, insanpərvərliyi və səmimiyyəti   ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş ehtiyatda olan kapitan Yoldaşov İlkin Allahyar oğlunun avqusth ayının 1 - də   39 yaşı tamam oldu.

 

Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan  ehtiyatda olan  kapitan İlkin Yoldaşovu belə bir əlamətdar gün münasibətilə  Din-in Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri,doğmaları, yaxınlarıvə iş  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, İlkin qoy hər yeni yaşınız  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz  isə  səni istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.


Kapitan Yoldaşov İlkin Allahyar oğlu  1984-cü ilin  avqust ayının  1 -də Azərbaycan Respublikasının  Lerik rayonunun Şivlə kəndində müəllim  ailəsində

 anadan olub.

   

O,2001 - ci ildə Lerik rayonun Şivlə kənd   tam orta məktəbi,  2010 - cu ildə  isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin orta ixtisas   hərbi məktəbini  bitrib.


Kapitan İlkin Yoldaşov 2002-2004-cü illərdə Naxcıvam Muxtar Respubilkasının Əlahiddə Ümümqoşun Ordusunda  həqqiqi hərbi xidmətdə olub. 2005-2018 - ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Lənkaran,   Xəzər,Hacqabul və Quba rayonlarında, Gəncə və Şirvan şəhərlərində  yerləşən hərbi hissələrdə və ayrıca yerləşən əməliyyat taborunda,kərgüzar- məsul icraçı, kursant,   taqım komandiri,  böluk  komandirinin tərbiyəvi işləri üzrə müavini, bölük komandiri əvəzi, kimya və mühəndis xidmətində zabit, kəşfiyyat bölməsində zabit, kimya  və mühəndis xidmətinin isə rəisi   vəzifələrində Vətənə  və xalqa  sədaqətlə xidmət  edib.” Hərbi xidmətkecmə haqqında” əsasnamənin 156 -cı madəsinin v) bəndinə əsasən (xəstəliyə görə)- Silahlı Qüvvələrədən ehtiyata buraxlıb.


İlkin Allahyar oğlu Yoldaşov Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi  nümunə olmuşdur..O, Daxili Qoşunların  Baş İdasində, təlim -tədris mərkəzlərində və hərbi hissələrində keçirilən bir çox  təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, xüsusi - taktiki təlimlərdə,nümnəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində  bu sahədə bilik və baçarıqlarını  maksimal təhkimləşdirib  və beləcə  daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq edib.

 

  Kapitan İlkin Allahyar  oğlu Yolsaşov Qanunvericiliklə  DİN- in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,

şəhərdə, yaşayış yerlərində və  kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış  məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların,bədbəxt hadisələrin,yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, eyni zamanda küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

    

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, orta ixtisas

 hərbi məktəb rəisinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri iIə əlaçı döş  və yubiley nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında iştirak etdiyinə,

döyüşlər və xüsusi əməliyatlar zamanı şücaət, fədakarlıq göstərdiyinə və  öz xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə  kapitan Yoldaşov İlkin Allahyar oğlu aşağıdakı medallarla təltif olunub:


1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi (1918- 2008 )”  yubiley medalı ilə;


2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 95- illiyi (1918 -2013)” yubiley  medalı ilə;


3."Qüsursuz  xidmətə görə" 3 -cü dərəcəli medal - Silahlı Qüvvələrdə  10 təqvim ili  xidmətə görə;


4."Qüsursuz xidmətə görə" 2-ci  dərəcəli medal 

 - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;




Hərbi yoldaşları  İlkin Yoldaşovu vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  İLKİN.


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

  

Azərbaycan Respubilkasının Silahlı Qüvvələri  və müharibə veteranı polkovnik Salman Musayev


   

Hiç yorum yok:

Yorum Gönder

Pages