Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında öz dəst - xətti olan, peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili Qoşunlarınn hərbi hissələrində və Daxili Qoşunların Baş İdarəsində keçirmiş Azərbaycan Respubilkasının Silahlı Qüvvələr veteranı və 44 günlük Vətən müharibə iştirakçısı- ehtiyatda olan polkovnik Tağıyev İlham Surxay oğlunun avqust ayının 15-də 57 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Azərbaycan Respubilkasının Silahlı Qüvvələri veteranı və Vətən müharibə iştirakcısı- ehtiyatda olan polkovnik İlham Tağıyevi doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, İlham müəllim qoy yaşınızın üstə gələn bu yaş da sənə sevincdolu illər bəxş etsin, hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Tağıyev İlham Surxay oğlu 1966-cı ilin avqust ayının 15-də Sumqayıt şəhərində zəhmətkeş ailədə anadan olub.Əslən Qubatlı rayonun Mehrili kəndindəndir.
İlham Tağıyev 1983 -cü illdə Sumqayıt şəhərində orta məktəbi, 1987-ci ildə Tolyattı şəhərində Ali hərbi məktəbi, 2001-ci ildə isə Azərbaycan Silahlı Qüvvələrin Hərbi Akademiyasında Starateji Araşdırmalar və Dövlətin Müdafiəsinin İdarəetmə Akademik kursu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrdə keçirilən bir cox təlim- metodiki təlim toplanışlarda, nümnəvi-göctərici məşğələlərdə, xüsusi - taktiki təlimlərdə, komanda- qərargah məşqlərində, müvafiq kursalarda, seminar və konfranslarda fəal iştirak edib. Hərbi təcürbə əldə etmək ücün xarici ölkələrdə işgüzar səfərdə olub.
İlham Surxay oğlu Tağıyev 1987-1992 ci illərdə Sovet ordusunun Qazaxıstanda yerləşən hərbi hissələrin birində taqım və bölük kamandiri vəzifələrində işləyib. 1993-2022 -ci illərdə Din-in Daxili Qoşunların Əlibayramlı (indiki Şirvan) şəhərində, Xacmaz (Yalama qəsəbəsində), Nərmanov rayonlarında yerləşən hərbi hissələrdə döyüş hazırlığı bölməsində zabit, döyüş hazırlığı bölməsinin rəisi, hərbi hissə komandirinin birinci müavini, Daxili Qoşunların Baş İdarəsinin Döyüş hazırlığı idarəsində baş zabit, Daxili Qoşunların Əməliyat və döyüş hazırlığı idarəsində döyüş hazırlığı şöbə rəisin müavini və həmin şöbənin rəisi, Daxili Qoşunlarln Baş İdarəsinin inispeksiya rəisi, Daxili Qoşunların Baş İdarəsində Maddi -texniki təminat idarənin qərargah rəisi- MTT idarə rəisnin müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.
Calışdığı bütün vəzifərdə özünü bacarıqlı və təcürbəli zabiti və qayğıkeş insan kimi göstərən polkovnik Tağıyev İlham Surxay oğlu DİN-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi ixtşaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin eləcədə silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,
fövqalədə hallar və hərbi vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların, bədbəxt hadisələrin, yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi yoldaşları onu, vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Öz vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş vəzifə və tapşırıqları yerinə yetirərkən xüsusi fərqləndiyinə və nümunəvi xidmətlərinə görə Azərbaycan Respubilkasının Baş Nazirinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə 44 günlük Vətən müharibəsi iştirakcısl, əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif olnub, bir cox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında, eləcədə respublikada əmin - amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə aşağıdakı medallarla təltif olunub:
1."Hərbi xidmətlərə görə " medalı ilə;
2."Azərbayca Respubilkasının Silahlı Qüvvələrinin Veteranı " medalı ilə;
3. " Hərbi xidmətdə fərqlənməyə görə " -1-ci dərəcəli medal ilə;
4." Hərbi xidmətdə xərqlənməyə görə" 3-cü dərəcəli medal ilə;
5. “ Hərbi xidmətlərə görə” 2-ci dərəcəli medal ilə;
6.”Hərbi xidmətlərə görə” 1 -ci dərəcəli nedal ilə;
7."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi ( 1991 - 2001)” yubiley medalı ilə;
8."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi ( 1918 - 2008 )” yubiley medalı ilə;
9."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi ( 1918 - 2013 )” yubiley medalı ilə;
10."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ( 1918 - 2018 )” yubiley medalı ilə;
11."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
12."Qüsursuz xidmətə görə 2 -ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
13."Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə,
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
57 YAŞIN MÜBARƏK OLSUN İLHAM MÜƏLIİM!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder