Ömrünün önəmli bir hissəsini Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin maddi-texniki təminat xidmətləri sahələrinə həsr edən, bu müddətin də böyük hissəsini rəhbər vəzifələrdə calışmış, Daxili Qoşunlar Komandanın müavini- maddi texnik təminat idarəsinin rəisi vəzifəsində xidmət etmiş- istefada olan Polkovnik Məhəmməd Mirzəyevin avqust ayının 15-də 77 yaş tamam olur.Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan Məhəmməd müəlimi belə bir əlamətdar gün münasibətilə Daxili Qoşunların istefada və ehtiyada olan zabitləri, doğmaları, yaxınları, iş yoldaşları, onun pərəstşkarları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Məhəmməd müəllim qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu illər bəxş, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.
Hər ömür bir kitabdır, deyirlər 77 yaşı tamam olan polkovnik Məhəmməd Mirzəyevin keçən günlərini vərəqlədikcə bu fikiri təadiq edirsən.Bu alovlu vətənpərvər,torpağına,xalqına bağlı insanın həyatı olduqca cox mənalı kecib.
Yüksək nufuz sahibi olan, Daxili Qoşunlarda hamı tərəfindən təvazökar, prinsipial, obyektiv və xeyirxah insan kimi tanınan polkovnik Mirzəyev Məhəmməd Əbdülhüseyin oğlu 1946-cı ilin avqust ayının 15-də zəhmətkeş ailədə anadan olub .
Mədəni münasibəti, sakitliyi, təmkinliyi, diqqətliyi,səmimiyyəti,sadəliyi,yüksək peşəkarlığı və xoşrəftarı ilə yüzlərlə adamların xeyirxahına çevirilmiş Məhəmməd müəllim 1962-ci ildə orta məktəbi, 1968 -ci ildə Daxili İşlər Nazirliyin Xarkov şəhərində yerləşən arxa cəbhə xidmətləri üzrə ali hərbi məktəbi, 1978-ci ildə isə Sankt- Peterburq (Leninqrad) şəhərində arxa cəbhə və avtonəqliyyat üzrə hərbi akademiyanı bitrib.
Mənəviyyatı maddiyatdan uca tutan, xeyirxah, təvazökar və ziyalı insan Məhəmməd Mirzəyev Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında xidmət edərkən öz savadı və peşə bacarığı ilə ələqədar həmişə yüksək vəzifələrdə xidmət etmişdir. Belə ki, Məhəmməd Əbdülhüseyin oğlu Mirzəyev 1968- ci ildə Daxili İşlər Nazirliyinin Ali hərbi məktəbini Əla (Qırmızı diplomla) bitirdiyinə görə öz secimi ilə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Tiflis diviziyasının Baki şəhərində yerləşən Əlahiddə konvoy hərbi hissəsində (taborunda) və mühhafizə alayında 1978- ci ilə kimi maddi -texniki təminat xidmətləri üzrə müxtəlif rəhbər vəzifələrdə işləyib.1978 -1990- cı ilərdə SSRİ Daxili İslər Nazirliyinin Daxili Qoşunlarının Daşkent şəhərində yerləşən hərbi hissəsində hərbi hissə komandirinin arxa cəbhə ximələri üzrə miavini, DİN- in Daşkənt şəhərində yerləşən ali kurslarda baş müəllim, 1991-ci ildə Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən Mərkəzləşdirilmiş anbarların rəisi, 1992-ci ildə Daxili Qoşunların Baş İdarəsinin maddi - texniki təminat idarəsində geyim xidməti rəisi,1993-2004- cü illərdə isə Daxili Qoşunlar Komandanın müavinu - maddi texniki təminat idarəsinin rəisi vəzifələrində Vətənə, və xalqa sədaqətlə xidmət edib.
İşdə və həyatda qanunun aliliyinə ehtiramla yanaşan,dövlətçiliyimizin möhkəmləndirilməsu ücün var qüvvəsi ilə yorulmadan çalışmış “Azərbaycan Bayrağı” ordenli polkovnik Məhəmməd Mirzəyev mənalı həyatının 41(qirıx bir)ilini Daxili İşlər Nazirliyinin Ali Hərbi Məktəbində, Hərbi Akademiyasında, Ali kurslarda və Daxili İşlər Nazirliyinin Mərkəzi Anbarında və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində xidmət edərək şərəfli yol keçmişdir.
O, rəhbər vəzifələrdə işləyərkən səmərəli fəaliyyəti ilə, təşkılatçılıq bacarığı ilə,nəzəri və praktiki biliyi ilə, təcürbəsi ilə, işgüzarlıq və mənəvi keyfiyyəti ilə Daxili İşlər Nazirliyinin rəhbərliyinin və Daxili Qosunlar komandanın daimi diqqət mərkəzində olmuşdur.
İşlədiyi dövrdə Daxili İşlər Nazirliyin rəhbərliyi və Daxili Qoşunlar komandanlığı tərəfindən yüksək bacarığı və qabiliyyəti ilə daim qiymətləndirlən və xidmətdə yuxarı vəzifələrə irəli çəkilən Azərbaycan Respubilkası Silahlı Qüvvələri və müharibə veteranı- istefada olan polkovnik Məhəmməd Mirzəyev 1994 -cü ildən 2004 - cü ilə kimmİ hərbi qulluqçular tərəfindən tutulmalı olan vəzifələrin komplekləşdirilməsi, hərbi kadırların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi, hər bir hərbi quluqcunun işgüzar və mənəvi keyfiyyətlərinə obyektiv qiymət verilməsi, xidmətdə irəli cəkilməsi və təhsil almaga göndərilməsi və ilk zabit rütbəsinin verilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində Mandant və Attestasiya komissiyalarının üzvü olmuşdur
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin maddi- texniki təminat idarəsinin müasir tələblərə uyğun əsasnaməsinin, maddi- texniki təminat idarəsinə aid hüquq- normativ aktların, əmrlərin, direktivlərin, bütün növ təminat normalarının, formalaşdırılmış sənədlərin , maddi- texniki təminat xidmət sahəsində xidmət edən hərbi qulluqçularının ixtisas hazırlıgı üzrə tədris proqramların, dərs və metodiki vəsaitlərin hazırlanmasında, maddi- texniki təminat xidmətləri üzrə yüksək ixtisaslı kadırların (zabitlərin, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların, kicik mütəxəssislərin) hazırlanmasında, eləcədə onlarla lazımı təlim- metodiki toplanışların və seminarların kecirilməsində polkovnik Məhəmməd Mirzəyevin rolu böyük olmuş, xidmətləri isə əvəzsizdir.
Daxili Qoşunlara həvalə olunmuş vəzifələrin yerinə yetirməsində, mühüm dövlət obyektlərin, xüsusi yüklərin,inzibatı binaların, hərbi təchizat anbarların və hərbi bazaların mühafizə olunmasında,yaşayış məntəqələrində və islah- əmək müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında,axtarışda olan şəxslərin axtarılmasında və tutulmasında,şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasında, baş vermiş qəzaların,bədbəxt hadisaələrin, yanğınların və təbbi fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, fövqəladə və hərbi vəziyyət zamanlarl hüquqi rejimin təmin edilməsində, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələrinin dislokasiya yerlərinin dəyişməsində, hərbi qulluqçuların daimi dislokasiya və səhra şəhərində yerləşdirilməsi ,qidalanması və bütün təminat növləri üzrə lazımı tədbirlərin həyata keçirilməsi istiqamətində üzərinə düsən məsul vəzifələri hər zaman layıqınca yerinə yetirmişdir
Silahll Qüvvələr və müharibə veteranı- istefada olan polkovnik Məhəmməd Mirzəyev Daxili Qoşunlar Komandanın müavini- maddi texniki təminat idarəsinin rəisi vəzifəsində xidmət edərkən, təftiş və yekun yoxlama komissiyanın , kompleks və məqsədli qurupların rəhbəri, hərbi hissə komandirlərinin və onlarin maddi- texniki təminat xidmətləri üzrə müavinilərinin xidmət yerlərının dəyişməsi (silahlı qüvvələrdən ehtiyata buraxılması) ilə əlaqədar yaradılan komissiyanın sədri olduğu müddətdə, üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
O, 1997- ci ilin aprel ayında Daxili İşlər Nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Türkiyə Cümhuriyyətinin Daxili İşlər Orqanlarının və Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin xidməti və digər fəaliyyətləri ilə yaxından tanış olmaq məqsədilə Ankara, İstanbul, İzmir və Foce şəhərlərində işguzar səfərdə olmuşdur.
Polkovnik Məhəmməd Mirzəyev Türkiyə Cümhuriyyətində səfərdə olduğu müddətdə, Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Baş Komandanı, Daxili İşlər Nazirliyinin Akademiya rəisi, Türkiyə cümhuriyyətinin Jandarma qüvvələrinin Ankarada İstanbulda, İzmirdə və Foce şəhərində yerləşən məktəb rəslərinin və bölgə komandirlərinin müfaviq əmrləri qiymətli hədiyyələrlə mukaflandırlıb.
Əsli vətəndaşlıq mövqeyi ilə seçilən, heç kəsi özündən inçitməyən,xoş rəftarı və şirin dili ilə hərkəslə doğmalıq münasibəti yaradan Məhəmməd Əbdülhüseyin oğlu Mirzəyev Daxili İşlər Orqanlarında və Daxili Qosunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xudməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə, verilən tapşırıq və sərancamları dəqiq və vaxtında yerinə yetirməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur.
İstefada olan polkovnik Məhəmməd Mirzəyev təhsil aldıgı ali hərbi təhsil müəssisələrində, xidmət etdiyi diviziya və hərbi hissələrdə xüsusi fəriqləndiyinə görə Daxili İşlər Naziri və onun müavinlərinin, Daxili Qoşunlar komandanlığının, təhsil aldığı ali hərbi məktəb və hərbi akademiya rəislərinin, xidmət etdiyi diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı döş və yubiley nişanları ilə təltif olunmuş, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə (pul mükafatları ilə) mukaflandırlmış və ona təşəkkür elan edilmişdir.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstənin zərərsizləşdirilməsində xüsusi fəriqləndiyinə görə aşağdakı orden və medallarla təltif olunub :
1.“Azərbaycan Bayrağı” ordeni ilə;
2.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələr Veteranı” medalı ilə;
3 “ SSRİ Silahlı Qüvvələrinin yaranmasının 60 İlliyi” medalı ilə;
4 “ SSSRİ Silahlı Qüvvələrinin yaranmasının 70 İlliyi” medalı ilə;
5.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10 İlliyi (1991-2001)” yubiley medalı ilə;
6.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
7.”Qüsursuz xidmətə görə’ 2-ci dərəcəli medal -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
8.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli” medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xudmətə görə.
HÖRMƏTLİ MƏHƏMMƏD MÜƏLLİM, BU YENİ YAŞINDA XOŞBƏXTLİKLƏRİN ƏN GÖZƏLİNİ YAŞAYASAN,
BÜTÜN GÖZƏL ARZULARINA CATASAN!
AD GÜNÜN MÜBARƏK OLSUN!Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı - polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder