Tarix şəxsiyyətlər üzərində qurlub.Bu tarixin danılmaz həqiqətlərindən biridir.Min illər keçsə də tarix yaşayır və özü ilə birgə onu yaşatmış insanlar adını onun, səhifələrinə solinməz həriflərlə yazmış insanlar yaşadır.Belə insanlar hec vaxt unudulmur,daim xatirələrdə yaşayır,xoş sözlərlə yad edilir.Polkovnik Siyavuş Rüstəmov bir ali dərəcəli hərbi həkim kimi tanınan peşəkar həkimlərmizdənidi.
Ömrünü gününü Vətənin bütövlüyünə, xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır. Belə Vətən təssübü çəkən oğlanlardan biri də Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin və Daxili Qoşunların Baş İdarəsinin sıralarında şərəfli döyüş və xidmət yolu keçmiş, yüksək ixtisaslı həkim polkovnik Rüstəmov Siyavuş Asəf oğlu idi. Siyavuş həkim yaşasaydı avqust ayının 4-də 72 yaşı tamam olardı.!
Döyüş meydanlarından başlayaraq,hərbi hospitallara qədər, tibb xidmətinin yüksək təşkili və təxliyyə mərhələlərinin lazımi səviyyədə yerinə yetirilməsi, tibb işçilərinin bu sahədə fədakarlıqları qələbəyə aparan yollardan olubdur. Belə bir tarixi şəraitdə mühüm bir məsuliyyəti öz üzərinə götürmək, şərəfli bir vətandaş ömrü yaşamaq, insanlığın kamilik zirvəsinə ucalan ali dərəcəli hərbi həkim,tibb xidməti polkovniki Məhrum Siyavuş Asəf oğlu Rüstəmovun taleyinə qısmət olmuşdur.
Kollektiv arasında böyük hörmət sahibi olmuş polkovnik Rüstəmov Siyavuş Asəf oğlu 1951 -ci ilin avqust ayının 4-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır.Əslən İsmayılı rayonun Lahıc kəndindəndir.
Siyavuş Asəf oğlu 1974- ci ildə N.Nərimanov adına Dövlət Tibb İnstitutunin müalicə - profilaktika fakultəsini bitirmişdir.
1974- cü ilın avqust ayından 1992 -ci ilin fevral ayına kimi Daxili İşlər Nazirliyinin Tibb İdarəsində,1992- ci ilin fevral ayından 2000- ci ilın avqust ayına kimi Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Tibb Şöbəsinin ilk rəisi vəzifəsində xidmət etmişdir.
Müharibənin ağrılarını canında hiss edən məhrum Siyavuş həkimin vətən, xalq qarşısında xidmətləri əvəzsizdir. Onun yüksək təşkilatçılığı ilə Daxili Qoşunların Baş İdarəsinin Tibb şöbəsi və Daxili Qosunların hərbi hospitalı təşkil olunmuşdur. Bu sahədə ixtisaslı, peşəkar kadrların toplanmasında, onların müəyyən təcrübə qazanmasında gərgin əməyi olmuşdur.
Tibb Xidməti polkovniki Siyavuş Rüstəmovun şəxsi tanışlığı və böyük nüfüzü hesabına Daxili İşlər Nazirliyinin və Ədiliyə Nazirliyinin tibb sahəsində çalışan və başqa tibb müəssisələrində fəaliyyəti göstərən peşəkar və təcrürbəli böyük, orta və kiçik tibb işçilər onun çağırışına qoşularaq, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda (Ağdərə, Ağdam, Qubatlı, Zəngilan, Lacın və Füzuli rayonları istiqamətində gedən) dögüşlərdə qəhramanlıqla vuruşan hərbi qulluqçularının sırasına daxil olmuşlar.
Daxili Qoşunların Baş İdarəsinin Hərbi hospitalı üçün binanın uyğunlaşdırılması, ayrı-ayrı ixtisaslar üzrə kabinet ( müalicə şöbələrinin) və laboratoriyaların yaradılması, peşəkar kadrların komplekləşdirilməsi kimi aktual problemlər polkovnik Siyavuş Asəf oğlu Rüstəmovun qəlbinin atəşli arzusu ilə həyata keçirilmişdir.
Polkovnik Siyavuş Rüstəmov Tıbb işçilərinin hərbi həkimlik sahəsində müəyyən təcrübə toplanmasını təmin etmək üçün hospital istafədəyə verilənə qədər onların döyüş bölgəsinə ezam olunmalarını təşkil etmişdir. Daha sonra, 13 noyabr 1993- cü ildə Füzuli bölgələrində hərbi lazaretinin yaradımasına rəhbərlik etmişdir.
Döyüş bölgələrində olduğu zamanlarda, Siyavuş həkim həddən ziyadə, vətənpərvər, peşəsinin pərvanəsi olan həkim, əsil Vətən fədaisi bir vətandaş kimi tanıtmışdır. Bu,bütun onu taniyanların qənaətidir.
Daxili Qoşunların Baş İdarəsin və hərbi hissələrinin yaradıldığı gündən möhkəm, etibarlı təməl üzərində qurulan tibb xidməti onun adı ilə bağlıdır.
O, Daxili Qoşunların Baş İdarəsinin Tibb şöbəsinin, Hərbı-həkim komissiyasının ,Hərbi Həkim Komissiyasının əsasnaməsinin və digər normativ- hüquqi aktların, fomalaşdırlmış sənədlərin və ixtisas hazırlıgı üzrə müasir dərs vəsaitlərin və tədris proqramların hazırlamasında xüsusi rolu olmuşdur.
Siyavuş Asəf oğlu Rüstəmov yüksək, saf və təmiz əqidəli şəxsiyyət, əsl vətandaş idi. Bütün həyatını xalqına, vətəninə xidmətə həsr etdi,bu amalla yaşadı, bu amalla da dünyasını dəyişdi. Həyatda nə yaxşı varsa, hamsını ona şamil etmək olardı.Sanki o, həyata yaxşlıqlar etmək üçun, xeyirxah əməlləri ilə insanlara dayaq olmaq üçün gəlmişdi.Etdiyi yaxşılıqları tez unudar,ona edilən cüzi yaxşlığı isə heç vaxt yaddan çıxarmazdı.Hamını özünə doğma bilərdi.Hər kəsi öz dili ilə danışdırardı.
Siyavuş həkim müdrik, vətənpərvər,son dərəcə sədaqətli, səmimi və dostluğa möhkəm bir insan idi. Özünə rəva görmədiyi bir şeyi hec vaxt başqasına da rəva görməzdi.
O, Daxili Qoşunlarda xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın (həkim andının), hərbi nizamnamələrin, Səhiyyə Nazirliyi haqqında qanun, Daxili Qoşunların Bas İdarəsinin Tibb şöbəsi haqqında əsasnamənin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur.
Müharibə veteranı polkovnik S. Rüstəmov Daxili Qoşunlara və tibb şöbəsinə həvələ edilmis vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində, yaşayış məntəqələrində və cəzacəkmə müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, şəhərdə, yaşayış məbtəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasında, fövqəladə hallar və hərbi vəziyyət zamanı hüquqi rejimin təmin edilməsində,qəzaların, bədbəxt hadissələrinvə təbbi fəlakətlərin qarşısının alınmasında,Azərbaycanın Respubilkasının suvrenliyinin və ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşrıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Polkovnik Siyavuş Rüstəmov peşəkarlığı və humanistliyi ilə seçilən ən məhsuldar dövrünün 31 ildən cox illk şərəfli xidməti yolunun 5 ( beş) ilini Azərbaycan Tibb İnstitutunda, 26 (iyrimi altı) ilini isə Daxili İşlər Nazirliyinin Tıbb İdarəsində və Daxili Qosunların Baş İdarəsinin Tibb şöbəsində kecirmişdir.
O,1993-1999 -cü ilərdə Daxili Qoşunların Baş İdarəsində müasir tələblərə əsasən hüquqi-normativ sənədlərin hazırlanması,Daxili Qoşunlarda hərbi kadırların düzgün seçilməsi, xidmətə qəbul edilməsi, yerləşdirilməsi və tərbiyyə edilməsi, onlara ixtisaslarına uyğun məharət dərəcəsinin verilməsi məqsədilə Daxili Qosunlarin Baş İdarəsinin yaradılan atestasiya (xidmətə qəbul ), məharət dərəcələrinin verilməsi, hüquq normativ sənədlərin (aktların) və metodiki vəsaitlərin hazırlanması komissiyaların üzvü olmuşdur.Siyavuş Rüstəmov vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. O, Daxili Qoşunlaraın Baş idarəsinində yaradılanAtestasiya komisiyyasının Tibb şöbəsinin ilk şöbə rəisi vəzifəsində xidmət edərkən bir çox komissiyanın üzvü, kompleks və məqsədli qrupların üzvü olarkən, səmərəli fəaliyyəti ilə,bilik və bacarıgı ilə, işgüzarlıq və mənəvi keyfiyyətilə Daxili İşlər Nazirliyinin rəhbərliyinin və Daxili Qosunlar komandanlığının daimi diqqət mərkəzində olmuşdur.
Onun, Daxili İşlər Nazirliyinin Tıbb İdarəsində, Daxili Qosunların Baş İdarəsinin isə Tibb şöbəsində səmərəli fəaliyyəti həmişə Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qosunlar Komandanlığı tərəfindən yüksək qiymətləndirildiyinə görə polkovnik Siyavuş Rüstəmov Daxili İşlər Nazirinin və Daxili Qosunlar komandanın və onun müavinlərinin əmrləri ilə bir sıra medallarla, əla xidmətlərə görə əlacı döş və yubiley nişanları ilə təltif edilib, bir cox fərmanlarla,qiymətli hədiyyələrlə (pul mükafatı ilə) və qiymətli hədiyyələrlə mukaflandirlmış və ona təşəkkur elan edilmişdir.
Bəşəriyyətin aciz qaldığı xərcəng xəstəliyinə düçar olan Siyavuş həkimin yaratmaq--yaşatmaq eşqi hec vaxt tükənməmişdir. Son nəfəsinə qədər Daxili Qoşunlarda tibb xidmətinin və hərbi hospitalın müasir tələblərə yüksəldilməsinə, müasir tibbi avadanlıqlarla və tibb ləvazamatlarla təchiz edilməsinə calışıb və bu arzu ilə yaşayıb.
Siyavuş həkim millətimizi, Vətənmizi sevərək yaşadı və sevdikləri tərəfindən sevilərək yaşadığı ücün Tanrının xoşbəxt bəndəsidir.
Haqq dunyasında olan Daxili Qosunlarin Bas İdarəsinin ilk tibb şöbəsinin rəisi vəzifəsində xidmət etmiş tibb xidməti polkovniki Siyavuş Rüstəmovun əziz ruhu onu tanıyanlar tərəfdən hörmətlə xatırlanır. Belə, vicdanlı oğulları ilə tanınır Vətən.
İllər keçəcək nəsillər bir-birini əvəz edəçək, insanlığı,
xeyirxaxlığı və şərəfli ömür yolu ilə xalqmızın, daxili qoşunların hərbi vəzifələrinin, hərbi qulluqcularının (zabitlərinin və tibb işcilərinin) qəlbində Daxili Qoşunların Baş İdarəsinin ilk tibb şöbəsinin rəisi kimi polkovnik Siyavuş Rüstəmov ürəklərdə daimi yaşayacaqdır.
ALLAH SİYAVUŞ HƏKİMƏ RƏHMƏT ETSİN!
RUHU ŞAD OLSUN!
MƏKANI CƏNƏT OLSUN!
Azərbaycan Reslubilkasının Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev.
Hiç yorum yok:
Yorum Gönder