Pərviz həkim, doğum gününüz mübarək!..



    

Daxili işlər nazirliyi Daxili Qoşunlarının həyatında  öz dəst-xətti və xüsusi xidmətləri olan tibb xidməti mayoru Pərviz Seyidgulovun avqust ayının 28-də 58 yaşı tamam olur.Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan peşəkar və zəhmətkeş Pərviz həkimi belə bir əlamətdar gün münasibətilə  Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Pərviz həkim qoy yaşınızın üstə gələn bu yaş da sənə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun, səni xoşbəxt edəcək şəkildə keçsin .

   

Tibb xidməti mayoru Seyidgulov Pərviz Seyidbaba oğlu 1965 ci ilin avqust ayının 28 də Quba rayonunun Paşaoba kəndində zəhmətkeş ailədə anadan olub.


 1983 -cü ildə Quba rayonun Paşaoba kənd orta məktəbi, 1994 -cü ildə Azərbaycan Dövlət Tibb Universitetini , 2013-cü ildə isə Türkiyə Cümhuriyyətinin Gülhanə Akademik kursunu bitrib.

 1983-1985-ci illərdə Sovet ordusunun Zabaykal hərbi dairəsinin Monqolustanda yerləşən hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə olub.   


  1993- cü ilin mart ayından 2015- ci  ilin son ayına kimi Daxili işlər nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Füzuli, Xətai və Quba rayonlarında yerləşən hərbi hissələrində tibb  xidmət rəisinin köməkçisi və  tibb xidmət rəisi vəzifələrində Vətənə  və xalqa sədaqətlə xidmət etmişdir.

 

Yüksək  peşəkarlığı,öz davranışı,dürüstliyi,qayğıkeşliyi,işgüzarlığı, humanistliyi, iradi və mənəvi keyfiyyətləri ilə seçilən Pərviz həkim  ömrünün ən məhsuldar dövrünün 30 ildən çox şərəfli xidmət yolunun 23 ilini hərbi xidmətdə kecirib,  yeddi ilini   isə Quba rayon tıbb kollecində baş müəllim vəzifəsində keçirir.O, Quba rayon tibb kollecində tibb ixtisası üzrə kadırların hazırlanmasında, tələbələrdən öz bilik və bacarıqlarını əsirgəmir, onları yüksək səviyyədə öyrədir.

   

Sənətini mükəmməl bilən, hərbi qulluqcuların (insanların) sağlamlığının keşiyində ləyaqətlə  duran,onların  daimi qayğısına qalan və  etibarını qazan  Pərviz həkim Daxili Qoşunların Baş İdarəsinin Füzuli, Xətai və Quba rayonlarında yerləşən hərbi hissələrində xidmət etdiyi illər ərzində üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə şərəflə və məsuliyyətlə yanaşmışdır.

  O,Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, daxili qoşunların döyüş xidməti  hərbi nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə, verilən tapşırıq və sərəncamları dəqiq vaxtında və sözsüz yerinə yetirməkdə tabeliyindəkilər və bütün şəxsi heyət üçün nümunə olmuşdur.

   

Tibb xidməti mayoru Seyidgulov Pərviz Seyidbaba oğlu hərbi hissənin tədris dövru üçün döyüş və ictimai sıyası hazırlığ plana əsasən öz ixtisası üzrə zabitlərlə, gizirlərlə, müddətdən artıq xidmət edən hərbi qulluqçularla, əsgər və cavuşlarla, (tibb xidməti üzrə kiçik mütəxəssislərlə) keçirilən məşgələlərin, metodiki təlim toplanışlarının keyfiyyətilə keçirilməsinə,tibb xidməti üzrə hərbi hissədə maarifiləndirmə işlərin aparılmasına, hərbi hissədə yekun və məqsədli yoxlamalar zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasına məsuliyyətlə yanaşmışdır.

   O, Daxili işlər nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqlarının yerinə yetirilməsində , silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, cinayətkarlığa qarşı mübarizdə, şəhərlərdə,yaşayış məntəqərində  və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və  ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, Daxili Qoşunların, Sərhəd  Qoşunlarının  şəxsi heyyəti və Din-in polis əməkdaşları ilə birgə müxtəlif  tapşırıqların  kecirilməsində, eləcə də Azərbaycanın  ərazi bütövlüyü uğrunda gedən döyüş və xüsusi əməliyyatlar vaxtı tibb xidmətinin rəisi kimi üzərinə  düşən tapşırıqların  öhtəsindən bacarıqla  gəlmişdir. 


Öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında  qoyulmuş  tapşırıqları yerinə yetirərkən xüsusi  fəriqləndiyinə görə,Pərvuz həkim  Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin,  hərbi hissə komandirinin  müvafıq əmrləri ilə əla xudmətlərə görə döş və yubiley nişanı ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə, (pul mükafatları ilə) mükafatlandırlıb,ona təşşəkur elan edilib və aşağıdakı  medallarla təltif edilib:

 

1.”Azəerbaycan  Respubilkaasının Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi (1991-2001 )”yubiley medalı ilə;


2.”Azərbaycan Respublikasının Silahlı   Qüvvələrinin yaranmasının   90 illiyi (1918-2008)” yubiley medalı ilə;

  

3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin yaranmasının  95 illiyi (1918- 2013)” yubiley medalı ilə; 


4.”Qüsursuz xidmətə  görə” 1-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 20  təqvim ili xidmətə görə;

 

5.“Qüsursuz  xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə;


6.“Qüsursuz xidmətə görə” 3- cü dərəcəlu medal-Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN

PƏRVİZ HƏKİM!

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.


ÖMRÜN UZUN OLSUN 100 YAŞA.


DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!

 Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə  Veteranı  polkovnik Salman Musayev.


Hiç yorum yok:

Yorum Gönder

Pages