Polkovnik Siyavuş Rüstəmovun ölümündən -23 il keçdi…





Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin və Daxili İşlər Nazirliyin  Tibb İdarəsinin həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan,bacarıqlı həkim,Vətəninə,millətinə sadiq şəxsiyyət kimi yadaşlarda   dərin iz buraxan Azərbaycan Respubilkasının müharibə veteranı - tibb xidməti polkovniki Siyavuş Rüstəmovun avqust ayının 8-də vəfatının il dönümüdür.

    

  Rəhbər vəzifələrdə işləyərkən,səmərəli fəaliyyəti, böyük idarəçilik və təşkilatçlıq bacarığı, yüksək intellektual səviyyəsi, iradi və mənəvi keyfiyyətləri ilə seçiıən polkovnik Rüstəmov Siyavuş Asəf oğlu 1951 -ci ilin avqust ayının 4-də  Bakı şəhərində  ziyalı ailəsində dünyaya göz açmışdır.Əslən İsmayılı rayonun Lahıc kəndindəndir. 


 Heç kəsi özündən incitməyən, xoş  rəftarı və şirin dilli ilə hər kəslə doğmalıq münasibəti yaradan, kollektiv  arasında  böyük hörmət sahibi olmuş, əsil vətəndaşlıq mövqeyi ilə seçilən, xeyirxah insan,ictimayət və kollektiv arasında  özünə layıq hörmət  qazanmış polkovnik  Siyavuş Asəf oğlu  Rüstəmov 1974- ci ildə N.Nərimanov adına Dövlət Tibb Institutunun müalicə - profilaktika fakultəsini bitirmişdir.

1974- cü ilın avqust ayından 1992 -ci ilin fevral ayına kimi  Daxili İşlər Nazirliyinin  Tibb İdarəsində,1992-  ci ilin fevral ayından  2000- ci ilın avqust ayına kimi Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Tibb Şöbəsinin ilk  rəisi vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.

  

Siyavuş həkim müdrik,   vətənpərvər,son dərəcə sədaqətli, səmimi və dostluğa möhkəm  bir insan idi. Özünə rəva görmədiyi bir şeyi hec vaxt başqasına da rəva görməzdi.

    

Vətəndaşlara (hərbi qulluqculara, daxili işlər orqanlarının əməkdaşlarına) tibbi yardım göstərmək ücün hər zaman hazır,sağlamlığını itirmiş insanlara qarşı isə diqqətli və qayğıkeş olan Siyavuş həkim Daxili Qoşunlarda xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Hərbi Andın hərbi nizamnamələrin, Səhiyyə Nazirliyi haqqında qanun,  Daxili Qoşunların Bas İdarəsinin Tibb şöbəsi haqqında əsasnamənin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün şəxsən nümunə olmuş,”Hippokrat andı” na isə həmişə sadiq qalmışdır

   

Hər kəslə öz dili  ilə danışnağı bacaran, müharibə veteranı- polkovnik Siyavuş Rüstəmov Daxili Qoşunlara və tibb şöbəsinə həvələ edilmis vəzifələrin və xüsusi tapşırıqların  yerinə yetirilməsində, yaşayış məntəqələrində və cəzacəkmə müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, şəhərdə, yaşayış  məbtəqələrində və kütləvi tədbirlərin  kecirilmə yerlərində  ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai  asayişin qorunmasında, fövqəladə hallar  və hərbi vəziyyət zamanı hüquqi rejimin təmin edilməsində,qəzaların, bədbəxt hadissələrin və təbbi fəlakətlərin qarşısının alınmasında,Azərbaycanın Respubilkasının suvrenliyinin və ərazi bütövlüyünün təmin edilməsində   üzərinə düşən vəzifə və tapşrıqların   yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

   Əhətəsində olan insanların,döyüşcü və iş yoldaşlarının (Daxili Qoşunların tibb işcilərinin) hörmətini qazanan, ictimai  işlərdə fədakarlıq göstərən, doğmalarına,   dostlarına və yaxınlarına  isti münasibətdə olan polkovnik Siyavuş Rüstəmov  ömrünün ən ən məhsuldar dövrünün 31  ildən cox illk şərəfli xidməti yolunun 5 ( beş) ilini Azərbaycan Tibb İnstitutunda, 26 (iyrimi altı) ilini isə Daxili İşlər Nazirliyinin Tıbb İdarəsində və Daxili Qosunların Baş İdarəsinin Tibb şöbəsində kecirmişdir.

    

 Daxili İşlər Nazirliyinin Tıbb İdarəsində, Daxili Qosunların Baş İdarəsinin isə Tibb şöbəsində səmərəli fəaliyyəti həmişə Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qosunlar Komandanlığı tərəfindən yüksək qiymətləndirildiyinə görə polkovnik Siyavuş Rüstəmov Daxili İşlər Nazirinin və Daxili Qosunlar komandanın və onun müavinlərinin  əmrləri ilə bir sıra medallarla, əla xidmətlərə görə əlacı döş və yubiley  nişanları ilə təltif edilib, bir cox fərmanlarla, və qiymətli hədiyyələrlə  mukaflandirlmış və ona təşəkkur  elan edilmişdir.

    Bəşəriyyətin aciz qaldığı xərcəng xəstəliyinə düçar olan Siyavuş həkimin yaratmaq--yaşatmaq eşqi hec vaxt tükənməmişdir. Son nəfəsinə qədər Daxili Qoşunlarda  tibb xidmətinin və hərbi hospitalın müasir tələblərə yüksəldilməsinə, müasir tibbi avadanlıqlarla və tibb ləvazamatlarla təchiz edilməsinə çalışmış və bu arzu ilə yaşamışdır.



     

Haqq dunyasında olan Daxili Qosunlarin Bas İdarəsinin ilk tibb şöbəsinin rəisi vəzifəsində xidmət etmiş tibb xidməti polkovniki Siyavuş Rüstəmovun əziz ruhu onu tanıyanlar tərəfdən hörmətlə xatırlanır. Belə, vicdanlı oğulları ilə tanınır Vətən.


İllər keçəcək nəsillər bir-birini əvəz edəçək, insanlığı,

xeyirxaxlığı və şərəfli ömür yolu ilə xalqmızın, daxili qoşunların hərbi vəzifələrinin, hərbi qulluqcularının (zabitlərinin və tibb işcilərinin)  qəlbində Daxili Qoşunların Baş İdarəsinin ilk tibb şöbəsinin rəisi kimi  polkovnik Siyavuş Rüstəmov  ürəklərdə daimi yaşayacaqdır.

 

ALLAH SİYAVUŞ HƏKİMƏ RƏHMƏT ETSİN!


RUHU ŞAD OLSUN!


MƏKANI CƏNNƏT OLSUN!

 Azərbaycan Reslubilkasının Silahlı Qüvvələri və müharibə veteranı  polkovnik Salman Musayev.




Hiç yorum yok:

Yorum Gönder

Pages