Murad Hüsnülli yaşasaydı 53 yaşı olardı.



Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının həyatında öz  dəst-xətti olan, peşəkarlığı, humanistliyi, vətənpərvərliyi və səmimiyyəti ilə seçilən,  ömrünün ən məhsuldar dövrünü DİN-in Daxili Qoşunların Binəqədi rayonunda yerləşən hərbi hissədə və Daxili Qoşunların Baş İdarəsinin Qərargahında müxtəlif  vəzifələrdə kecirmiş,   Azərbaycan Respubilkasının müharibə veteranı baş cavuş Hüsnüllü Murad Yusif  oğlu yaşasaydı  avqust ayının 21-də 53 yaşı tamam olardı.

 

Təbiətcə cox sakit, təmkinli, işgüzar,qohumcanlı,hamıya əl tutan,heckimin xətirinə dəyməyən,həddindən artıq Vətəninə,Xalqına bağlı gözəl və xeyirxah  insan  baş çavuş Hüsnülli  Murad Yusif oğlu 1970 -cı ilin avqust  ayının 21-də Bakı şəhərində zəhmətkeş ailədə anadan olub. 


Əhətəsində olan insanların,döyüşcü və iş yoldaşlarının  hörmətini qazanan,dostlarına, yaxınlarına isti münasbətdə olan Murad Hüsnülli  1987-ci ildə Bakı şəhərində 200 saylı orta məktəbi bitrmişdir.1988- 1990-ci illərdə Sovet ordusunda həqiqi hərbi xudmətdə olmuşdur.Murad Din-in  Daxili Qoşunlarda  xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Bas İdarəsində  və hərbi hissələrində  keçirilən bir çox   xüsusi-taktiki təlimlərdə,nümnəvi -göstərici  məşğələlərdə və müvafiq kurslarda fəal iştirak etmişdir.


Zəhmətkeş,cəratətli,sədaqətli,böyük və kicik  yerini bilən,öz işini dərindən sevən, verdiyi vədi həmişə dəqiq yerinə yetirən baş cavuş Hüsnüllü Murad Yusif oğlu 1992-ci illdə Din-in Daxili Qoşunların Binəqədi rayonunda   yerləşən hərbi hissədə müxtəlif vəzifələrdə 1993- 2012 -ci illərdə  isə Daxili Qoşunların Baş İdarəsinin Qərargahında, hərbi çertyojçu, Növbətci  xidmətində isə əməliyyat növbətcisinin köməkcisi vəzifələrində  Vətənə, xalqa ləyaqətlə xidmət etmişdir.


Əsil vətəndaşlıq mövqeyi ilə seçilən  Murad Hüsünlli Azbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və  daxili qoşunların  döyüş xidməti nizamnamələrinin tələblərinin yerinə yetirilməsində bir cox hərbi qulluqcular ücün daimi nümnə olmuşdur.


Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili i ilə hərkəslə doğmalıq yaradan  Murad  Yusif  oğlu Hüsnülli Azərbaycan Respublikasının ərazi bütövlüyün təmin edilməsində, respublikada cinayətkarlığa qarşı mübarizədə,dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə  olunmasında,şəhərlərdə, yaşayış məntəqələrdə və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında,yaşayış məntəqələrində və islah - əmək müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbbi fəlakətlər zamanı  və fövqaladə  (hərbi)vəziyyət zamanı hüquqi rejim tədbirlərinin  həyata  keçirilməsində   üzərinə düşən  məsul vəzifələri hər zaman  layiqincə yerinə yetirmişdir.


Baş cavuş Murad Hüsnülli Yusif oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda  Ağdam və Füzuli   rayonları istiqamətində gedən döyüşlərdə   iştirak edərək, ona həvalə  olnmuş vəzifə və tapşırıqları  layıqincə yerinə yetirmişdir.


Xidmət vəzifələrin icrasına məsuliyyətlə yaşadığına görə Azərbaycan Respublikasının Daxili işlər nazirnın, Daxili qoşunlar komandanın və onun müavinlərinin,  Daxili Qoşunların Baş İdarəsinin  Əməliyyat və döyüş hazırlığı idarə və Növbətci xidmət rəislərinin müvafiq əmrləri və elan ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif olunub, bir cox fərmanlarla,qiyməti hədiyyələrlə (pul mükafatları ilə) mükafatlandırlıb  ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif olunub:

   


1.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim  ili xidmətə görə;


2.”Qusursuz  xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


3.”Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;


4.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  10 illiyi (1991-2001)” yubiley medalı ilə;


5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 90 illiyi (1918-2008)” yubiley medalı ilə.


Səmimi, insanpərvər və zəhmətkeş  insan Murad Yusif oğlunun əziz  xatirəsi onu tanyanların qəlbində həmişə yaşayacaqdır. 


ALLAH RƏHMƏT ELƏSİN,  

MƏKAN I CƏNNƏT OLSUN!!!

QƏBRİ NURLA DOLSUN.



Azərbaycan Respubilkasının Silahlı Qüvvələri  və müharibə veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages