"Heydər Əliyev İli"çərçivəsində Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği ilə bağlı olaraq İmişli rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Zəfər Yolu İnkişaf və Bərpa Mərkəzi MMC-də"Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik" mövzusunda mühazirə təşkil edildi.



Tədbirdə çıxış edilərək qetd edildi ki: Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir.Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Ulu öndərimizin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır. Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik əldə edəcək respublikamızın gələcəyinə hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix isə böyük öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur. Sonda isə tədris mərkəzində təhsil alan tələbələrə Ulu  Öndər Heydər Əliyev haqqında hazıranmış videoçarx nümayiş etdirildi.

Hiç yorum yok:

Yorum Gönder

Pages