İlqar Mirzəyevin nəşi minlərlə insanın izdihamı ilə evinə gətirilmişdir.
Tovuz döyüşləri zamanı şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi eyni gündə, iyulun 15-də baş tutmuşdur.II Fəxri Xiyabanda baş tutan vida mərasiminə müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini Yaşar Əliyev, Hərbi Hava Qüvvələrinin Komandanı Ramiz Tahirov, Bakı şəhərinin icra başçısı Eldar Əzizov, ictimaiyyət nümayəndələri, məhrumun xidmət yoldaşları şəhidlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı vermişdir.
Abdulla Qurbani dəfn mərasimində çıxış edərkən Polad Həşimov və İlqar Mirzəyevin həyat və döyüş yolları barədə məlumat vermişdir.Daha sonra Azərbaycanın Dövlət Himninin sədaları ilə Polad Həşimov və İlqar Mirzəyev hərbi ənənələrə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınmışdır.
Dəfn mərasimi zamanı Azərbaycan Prezidenti İlham Əliyev telefon vasitəsilə Polad Həşimov və İlqar Mirzəyevin ailə üzvlərinə başsağlığı vermişdir. Sonda müdafiə naziri şəhidlərin tabutu üzərində olan Azərbaycan bayrağını əbədi xatirə qalması üçün onların ailələrinə təqdim etmişdir.
Şəhid İlqar Mirzəyevə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.
Təltifləri
(25.06.2004) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
(26.06.2005) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
(25.06.2007) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
(07.03.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
(26.06.2013) — "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
(15.07.2014) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
(26.06.2017) — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
(03.10.2017) — "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı
(26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
(26.06.2020) — "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı
(09.12.2020) — "Qızıl Ulduz" medalı (ölümündən sonra).
İrsi
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən İlqar Anzor oğlu Mirzəyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi.
2021-ci ilin aprel ayında İlqar Mirzəyevin Xətai rayonunda yaşadığı binanın önündə xatirəsi lövhəsi qoyulmuşdur və binanı həyəti abadlaşdırılaraq orada bağ salınmışdır.
2021-ci il mayın 7-də İctimai TV-də İlqar Mirzəyevə həsr olunan sənədli filmi təqdim olunmuşdur. 22 dəqiqədən ibarət olan sənədli filmdə onun həyatı və döyüş yolu barədə məlumat verilmişdir.
2021-ci ildə Bakı şəhəri 98 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin adı verilmişdir.
2022-ci il iyulun 14-də Nizami Kino Mərkəzində Milli Qəhrəman İlqar Mirzəyev haqqında çəkilmiş "Artilleriyanın atası" sənədli filminin təqdimatı olub.
Hiç yorum yok:
Yorum Gönder