Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Şeyxülislam Hacı Allahşükür Paşazadənin doğum günüdür.
Bakmiltv.info-nun məlumatına görə, Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olub. İlk dini təhsilini yerli din adamlarından alıb.
1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olub və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirib. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olub. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib və Şeyx-ül-islam dərəcəsinə yüksəlib. 1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilib.
15 noyabr 1988-ci ildə sülhsevərlik fəaliyyətinə görə, SSRİnin Xalqlar Dostluğu ordeni ilə təltif edilib. 1989-cu ildə SSRİ xalq deputatı, daha sonra müstəqil Azərbaycanın millət vəkili seçilib. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur.
1992-ci il 7 sentyabrda Çeçenistanın paytaxtı Qroznı şəhərində çağırılan Qafqaz Evi konfransında Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilib. 2003-cü ildə şeyxülislamlıq vəzifəsinə ömürlük seçilib.
Dünyanın ən nüfuzlu 500 müsəlman şəxsiyyətindən sayılır. 1991-ci ildə Bakı İslam Universitetinin təsis edib.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder