Cənnətdəki doğum günün mübarək, şəhid kapitan Əkbər Pənahov
Azərbaycan Ordusunun igid döyüşçülərindən biri olan kapitan Əkbər Pənahov "Dəmir Yumruq" əməliyyatı ilə başlanan və Ermənistanın rüsvayçı məğlubiyyəti ilə başa çatan Vətən müharibəsinin ilk günündə böyük qələbəyə inam, düşmənə nifrət hissi ilə döyüş meydanına atılmış və Murovdağın strateji yüksəkliklərinin azad olunması uğrunda hərbi əməliyyatlarda fəal iştirak etmişdir.
Motoatıcı taborun qərargah bölüyünün tank əleyhinə taqımının komandiri vəzifəsindən motoatıcı tabor komandirinin müavini vəzifəsinə və "kapitan" hərbi rütbəsinə yüksələn peşəkar və təcrübəli zabitimiz gərgin keçən döyüşlərdə silahdaşları ilə birlikdə düşmənə canlı qüvvə və hərbi texnika sarıdan xeyli itki vermiş və müharibənin üçüncü günündə itkin düşmüşdür.
Dövlətimizin başçısı Ali Baş Komandan İlham Əliyevin tapşırığı, Müdafiə Nazirliyi və digər dövlət strukturlarının beynəlxalq təşkilatlarla apardığı danışıqlar və axtarışların sayəsində şəhidin nəşi 9 aydan sonra Bakıya gətirilmiş, İkinci Şəhidlər xiyabanında hərbi və dini ənənələrə uyğun olaraq dəfn edilmişdir.
Pənahovlar ailəsi bu müddət ərzində həmişə təmkin, dözüm nümayiş etdirmişdir.
Sərt şaxtayla, çovğunla, boranla üz-üzə dayanaraq Vətən torpaqlarının keşiyini çəkən hər bir Murov döyüşçüsünün hünəri bir qəhramanlıq dastanıdır”.
Bu mənada, şəhid Əkbər Pənahovun həyatı və xidməti də bir qəhrəmanlıq dastanıdır.
Vətən müharibəsi şəhidi kapitan Pənahov Əkbər Bəylər oğlu, 1990-cı il avqustun 12-də Gürcüstan Respublikasının indiki Bolnisi rayonunun Musopriani (tarixi Babakişililər) kəndində hərbici ailəsində doğulub və valideynləri ilə birlikdə Bakı şəhərinə köçüblər.Şəhidin anası Mayiqə Alməmmədova Gürcüstan Respublikasının Bolnis rayonun Zöl-gvüəc kəndində, atası baş gizir Bəylər Pənahov Gürcüstan respubilkasının Bolnisi rayonunun Bavaşlar kəndində zəhmətkeş ailədə anadan olub,müharibə veteranıdır, Bəylər uzun müddət Azərbaycan Ordusunda və Din-in Daxili Qoşunlarında Vətənə və xalqa sədaqətlə xidmət edib.
Şəhid kapita Əkbər Pənahov Bakı şəhərindəki 269 saylı orta məktəbdə təhsil alıb. Sonra isə taleyini Vətənə xidmət peşəsinə, hərbi peşəyə həsr edib.
2011-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit İxtisas kursu”nu müvəffəqiyyətlə başa vurduqdan sonra gənc leytenant kimi xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib, qarşısına qoyulan tapşırıqları uğurla yerinə yetirmək üçün səylərini əsirgəməyib. Komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılıb. Sağlığında Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə nazirinin əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif edilib.
kapitan Əkbər Bəylər oğlu Pənahov Vətən müharibəsində iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi mərdlik və igidlik göstərdiyinə görə ölumündən sonra aşağıdakı döyüş orden və medalları ilə təltif olunub:
1.3-cü dərəcəli “Rəşadət” ordeni ilə;
2.“Vətən uğrunda” medal ilə;
3.”Kəlbəcərin azad olunmasına görə” medalı ilə.
Şəhidmizin qoyub getdiyi ovladdları Rəsul və Cavidan isə indi bu yurda əmanət dir.
Allah Şəhidmiz kapitan Əkbər Pənahova rəhmət etsin, məkanı cənnət olsun.Amin!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev.
Hiç yorum yok:
Yorum Gönder