Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) yaranmasının sabah 29 yaşı tamam olur!
Ölkənin ən böyük ictimai qurumunun sədri Füzuli Rzaquliyev təşkilat üzvü olan 90 minə yaxın müharibə veteranını bu münasibətlə təbrik edib.
İllərcə Böyük Atatürkün bir sözünü bütün görüşlərdə təkrar-təkra söyləmişəm. Atatürkdən Çanaqqalada bunca şəhid verməyə dəyərmiydi soruşulanda demişdi: «Analar oğul doğa bilər, amma Vətən doğulmur!»
Qazilərimizlə bağlı deyərdim ki, ayaqlarımız, qollarımız, gözlərimiz olmadan yaşaya bilərik. Yaşayırıq da. Ancaq Vətənimiz olmadan, yaşaya bilmərik! Vətən torpağına basılmayan ayaq, Vətən torpağını görməyən göz kimə lazımdır?
29 ildir birgə yürüyürük. Birgə mübarizələrdə illərimiz gedib. Onlarla veteranımızı Qarabağı görmədən canları qədər sevdikləri torpağa verdik. Hər birini rəhmətlə anırıq. Onların da nigaran ruhları artıq dinclik tapdığına inanıram.
Allah hər bir veteranımızı qorusun və bu Qələbə müjdəli 29 iliniz mübarək olsun!
Hər birinizi təbrik edirəm!»
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) və Bakmiltv.info Mətbuat Xidmət
Hiç yorum yok:
Yorum Gönder