Mingəçevir şəhəri... Uşaqlar yatır, mən də televizorda Ququşun oynadığı "Uzun gecə" filminə baxıram. Heç vaxt ağlıma gəlməzdi ki, həmin filmdə Ququşun ifa etdiyi "Ayrılıq" mahnısını mən elə filmə baxa-baxa yaşayacam... Gecəyarısı qəfil çalınan qapı zəngi həyəcandan bir anda göz yaşlarımı qurutdu. Yoldaşım harasa gedəndə qardaşım bizdə qalırdı, məni tək buraxmırdı, təklikdən qorxan xasiyyətim vardı (amma sonradan anladım ki, həyat insana hər şeyi öyrədir, hətta tək qalmağı da...) O gecənin vahiməsini indi də yaşayıram... O gecə yaşadıqlarımı xatırlamaq mənim üçün o qədər çətindir ki...
Hər sualıma yerindəcə cavab verərdin. Bilirəm, indi heç bir sualıma cavab vermək iqtidarında deyilsən, hətta yuxuda belə sənə verdiyim suallarım cavabsız qalıb(((((
Hər il məni narahat edən sualı yenə də 33 il sonra sənə verirəm:
- Bizi niyə belə tez tərk etdin?
İstəyirsən cavabını özüm verim:
- Düşmənlərin erməni qədər çox qəddar oldular😢
Sənin insanları nə qədər çox sevdiyini bilirdim. Hətta bu sevgin başqasını qorumaq üçün özünü güdaza vermək qədər böyük olub (o insan bu sevgiyə dəyməsə də belə). Onu da bilirəm ki, övladlarını, ailəni də çox sevirdin. Amma təəssüf ki, bu sevgini sona qədər yaşamağa və yaşatmağa nankor insanlar imkan vermədi. Biz səni 33 il əvvəlki kimi sevirik: mən və övladlarımız, hətta nəvələrimiz. Uşaqlarımızı ikimizin yerinə sevgiylə böyütdüm. İndi onlar bu sevgini böyüdüb öz ailələrini, övladlarını sevirlər. Axı onlar sevgidən doğulublar. Səni tez-tez xatırlayırıq. Bir neçə gün öncə nəvələrimiz səndən xatirə qalan əşyalara baxıb mənə suallar verirdilər. Bəzən suallar boğazımı qurudur. Amma yenə də səninlə olan SEVGİ TARİXÇƏmizi onlara anlatmağa çalışıram ki, onlar SEVGİnin nə qədər ülvi hiss olduğunu dərk eləsinlər. Mən sənin ruhunu sevirəm, onunla yaşayıram. Sən bunu bilirsən!
Sən bizim qəlbimizdə yaşayırsan, ruhun bizimlədir... Rəhmət oxumağa məcburam, çünki sən Uca Yaradanın dərgahındasan! Məkanın cənnət olsun, Əzizim. İllər,aylar, saatlar keçdikcə sənə daha çox yaxınlaşıram.
Sən bu dünyada ən yaxşı həyat yoldaşı, ən yaxşı ATA idin və olacağından da əmin idim.
Fələyə nə deyim((((((
Hiç yorum yok:
Yorum Gönder