Yaşasaydı bu gün 49 yaşını qeyd edəcəkdi.



Bu misraları aramızdan vaxtsız ayrılan möhtərəm Hacı Şahin Həsənliyə ithaf edirəm. Yaşasaydı bu gün 49 yaşını qeyd edəcəkdi. Allah ailəsinə və sevənlərinə səbir versin.

Gəldi bu məmləkətə nitqi bəlağətli biri
Ehtiram sahibi, izzətli, şərafətli biri

Günbəgün hamını məst etdi o aram danışıq
Toplumun ruhuna yol tapdı nəzakətli biri

Üzünün nuru sevindirdi qərib kimsələri
Üzdə məsumlar evi, sözdə cəsarətli biri

Canı söz verdiyitək canü-könüldən bir gün
Ən yaxın Dostuna tapşırdı sədaqətli biri

Çox yetim bir də yetim qaldı onun getdiyi gün
Var imiş sən demə gizlində səxavətli biri

Ey ədalətliləri məhkum edənlər məhvə
Sizdən hesab soracaq sonda ədalətli Biri

Getdi bu məmləkətə gəlmiş o qiymətli biri
Ehtiram sahibi, izzətli, şərafətli biri

Hiç yorum yok:

Yorum Gönder

Pages