Xəstəxana dəhlizində gecələyən yaşlı kişi artıq oradan da gedib.
Bu barədə Bakmiltv.info-ya 1 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, həkimlər və tibb bacıları ona əllərindən gələn köməkliyi ediblər:
“Araşdırma apardıq. Məlum oldu ki, həmin kişinin ailəsi ilə əlaqəsi yoxdur. Bu səbəbdən də gəlib bizim Təcili Yardım Şöbəsində gecələyib. Artıq bir neçə gündür ki, həmin şəxs xəstəxanada yoxdur”.
Bakmiltv.info-nın əldə etdiyi məlumata görə, xəstəxana dəhlizində gecələyən həmin yaşlı kişinin ad, soyadı Fikrət Eyvazovdur.
Xatırladaq ki, F.Eyvazov bir həftədən çox Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1 ünvanında yerləşən 1 saylı Şəhər Klinik Xəstəxanasının dəhlizində gecələyib. Onun fotosu sosial şəbəkələrdə yayılmışdı.
Nəzrin Vahid
Hiç yorum yok:
Yorum Gönder