TƏBRİK EDİRİK!..
Daxili İşlər Nazirliyi Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən hərbi hissədə tibb xidmət məntəqəsinin rəisi kimi öz dəsti -xətti olan, peşəkarlığı, dərin zəkası və səmimiyyəti ilə secilən,zəhməti,bacarığı sayəsində əsl hörmətə layıq həkim ömrü yaşayan,hppokrat andına sadiq həkim ehtiyata olan tibb xidməti baş leytenatl Xədicə Mollayeva
həkimlik ən gözəl, ən şərəfli peşələrdən biridir.İnsanların sağlamlığı üçün daima çalışan insanlar seçilən və sevilən insanlardandır. Siz də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında öz insanlığınız, peşənizə olan sevginizlə sənətinizi daim dürüst bir şəkildə yerinə yetirərək sevilən seçilən insanlardan olmusuz və bundan sonrada olacaqsız. Arzu edirəm daim zirvələrdə, yüksəklərdə olasınız. Bu gün coşqun, bəzən sevincli, bəzən kədərli, bəzən duyğulu amma yorğun bir il daha ötüb keçir həyatınızdan. 2 iyul ad gününüz mübarək olsun dəyərli həkim. Arzu edirəm yeni yaşınızda xoşbəxtliklərin ən gözəlini yaşayasız, ən yaxşı layiqli zirvələrdə olasız. Ən əsası sizə uzun və sağlam ömür arzu edirəm. Sevdiklərinizlə, ailənizlə gözəl günlər keçirəcəyiniz illərin, günlərin sayı çox olsun.
Siz o insanlardansınız ki, daima xalqa xidmət göstərən, peşəsini şərəflə, layiqincə yerinə yetirməyə çalışanlardansınız. Böyük ürəyə sahib olan vətənpərvər bir həkimsiz. Siz çevrənizdəki insanlara hər zaman ilham verdiniz və onları hər zaman dəstəkləyib doğru yönləndirdiniz.
Ad günləri yeni başlanğıc və hədəflər üçün özəl bir gündür. Arzu edirəm, bu yeni yaşınızda yeni başlanğıclara addım atacağınız və hədəflərinizə çatacağınız bir il olsun. Bir daha sizi ürəkdən təbrik edir,yeni yaşınızda sizə yeni nəaliyyətlər,yeni uğurlar arzulayıram.
Təbrikə qoşulur: Daxili İşlər Nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (həkim kollektivi) və Xədicə həkimin doğmaları və iş yoldaşları.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı Polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder