Xalq artisti Ənvər Həsənovun səhhəti necədir?



“Xalq artisti Ənvər Həsənovun səhhətində irəliləyiş var”.

Bu barədə APA-ya aktyorun qızı Aytən Həsənova məlumat verib.

“Şükür, əvvəlki vaxtlara baxanda irəliləyiş hiss olunur. İndi bir az ayaqlarında ağrı və yuxu problemi var. Amma ümumi səhhətində yaxşılaşma hiss olunur”, - o əlavə edib.

Xatırladaq ki, Xalq artisti Ənvər Həsənov ötən il səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilmiş, bir müddət müalicədən aldıqdan sonra öz istəyi ilə evə buraxılmışdı.

Həmçinin Mədəniyyət Nazirliyi aktyorun səhhəti ilə bağlı problemi nəzarətə götürdüyü barədə məlumat vermişdi.

Hiç yorum yok:

Yorum Gönder

Pages