Teatrın quruluşçu rəssamı Nabat Səmədovanın ad günüdür.



4 iyul Azərbaycan Dövlət Akademik Musiqili Teatrın quruluşçu rəssamı Nabat Səmədovanın ad günüdür.Can sağlığı arzu edirik  Təbriklər

Nabat Məhərrəm qızı Səmədova Qazaxda dünyaya göz açıb. 1974-cü ildə Ezim Eimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1980-cı ildə Moskvada Ümumittifaq İxtisasartırma kurslarında "Quruluşçu rəssam" ixtisasına yiyələnib. 1975-ci ildə N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb. Lənkəran teatrında ilk işləri ''Oqtay Eloğlu", "Dağılan tifaq", "Bahalı oğlan" və s. tamaşalar olmuşdur. 1982-ci ildə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrına quruluşçu rəssam təyin edilib. Bu teatrda H.Cavidin "Afət", İ.Karaçalının "İtirilmiş məktub", A.Abdulinin "13-cü sədr" əsərlərinə uğurlu tərtibatlar vermişdir. Rəssamın son dövr yaradıcılığı Azərbaycan Dövlət Akademik Musiqili  Teatrı ilə sıx bağlıdır. N.Səmədova bu teatrda S.Fərəcov, Ə. Əmirli "Səhnədə məhəbbət", O.Rəcəbov, A.Babayev "Əlin cibində olsun", R.Mustafayev, C.Məmmədov "Məsmə xala dayımdır", R.Əkbər "Bəydullanın möhtəşəm toyu", S.Fərəcov, R.N.Güntəkin "Bir günlük siğə", Üzeyir Hacıbəyli "Arşın mal alan”, Mark Kamoletti "Xoşbəxt ailə oyunu oynayırıq və ya fransizsayağı qarnir”, Emin Sabitoğlu, Cahangir Məmmədov www.ferzeli-kefcom (On minlik kef), Ə.Haqverdiyev "Kimdir müqəssir?” tamaşalarına bədii tərtibat vermişdir.  Çoxillik iş təcrübəsinə malik olan rəssam 70-dən artıq teatr tamaşasının, 20 -yə yaxın  televiziya filminin quruluşçu-rəssamı olmuşdur.

Hiç yorum yok:

Yorum Gönder

Pages