İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də peşəkarlığı, humanistliyi, səmiyyəti, sadəliyi və vətənpərvərliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 15 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş- ehtiyatda olan kapitan Qocayev Rafiq Vaqif öğlunun iyul ayının 30 - da 37 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan kapitan Rafiq Qocayevi bu əlamətdar gün münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Rafiq qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni yaşınız isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Rafiq Qocayev 1986-cı ilin iyul ayının 30- da Spitak rayonunun Qursalı kəndində zəhmətkeş ailədə anadan olub.
2004-cü ildə Bakə şəhər 57 saylı orta məktəbi, 2010-cu ildə Azərbaycan Respubilkası DİN-in Daxili Qoşunların zabitlərin orta ixtisas məktəbini bitrib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş Idarəsində və hərbi hissələrdə kecirlən bir çox təlim- metodiki toplanışlarında, xüsusi - taktiki təlimlərdə , komanda- qərargah təlimlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
2004-2006-cı illərdə Dövlət Sərhəd Xidmətinin Cəlabad rayonunda yerləşən hərbi hissədə həqiqi hərbi xidmətdə olub.
2006- 2019 -ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Bərdə, Xəzər, Xətai, və Nərmanov rayonlarında yerləşən hərbi hissələrdə (hərbi hospitalda)) və Ali hərbi məktəbdə yarım qrup konandiri, kursant, taqım komandiri, Bölük komandirinin müavini, Qərərgah rəisinin xidmət üzrə köməkçisi, Nizami hissə rəisi vəzifələrində Vətənə və xalqa layıqincə xidmət edib. “ Hərbi xidmərkecmə haqqında qanunun” v).bəndinə əsasən (xəstəliyə görə) Din-in Daxili Qoşunların Ali hərbi məktəbindən ehtiyata buraxlıb.
Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasıbda, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların, yanğınların, bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi və iş yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri, döyüş və ictimai — siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə, fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub
“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi (1918- 2008)” yubiley medalı ilə;
“Azərbaycan Respubilkası Silahlı Qüvvələrin yaranmasının 95 -illiyi (1918-2013)” yubiley medalı ilə;
“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
“Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə.
ZAUR , 37 YAŞIN MÜBARƏK!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder