Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının həyatında öz dəst -xətt olan, yüksək peşəkarlığı dərin zəkası, gözəl nitq qabiliyyəti və səmimiyyəti ilə seçilən müharibə veteranı- istefadada olan kapitan Yahyayev Mübariz Nadir oğlunun iyul ayının 11 -də 56 yaşı tamam oldu.
Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan- istefada olan kapitan Yahyayev Mübariz Nadir oğlunu doğum günü münasibətilə Daxli İşlər Nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Mübariz qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu illər bəxş etsin və hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Yahyayev Mübariz Nadir oğlu 1967 - ci ilin iyul ayının 11- də Azərbaycan Respublikasının Quba rayonun Rustov kəndində zəhmətkeş ailədə anadan olub.
1982 - ci ildə Quba rayonun Rustov kənd orta məktəbiin 8-ci sinifini, 1986 - cı ildə Azərbaycan Dövlət Rəsamlıq məktəbini, ,1998-ci ildə isə Türkiyə DUN-in Jandarma Baş Komandanlığının ali hərbi məktəbini (xüsusi təynatlı bölmələrin hazırlığı ixtisası üzrə) bitrib. O, Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda,nümnəvi-göstərici məşğələlərdə xüsusi- taktiki təlimlərdə , komanda qərargah məşqilərində,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
O,1986-1988-ci illərdə Sovet Ordusunun Gürcüstan Respublikasında yerləşən hərbi hissələrinin birində həqiqi hərbi xidmətdə olub.1989-1991 -ci illərdə Daxili işlər orqanlarında calışıb. 1992- 2001-ci İllərdə Daxili Qoşunların Baş İdarəsinin Binəqədi, Ağdam, Füzuli, Qaradağ və Xəzər rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri,bölük komandirinin müavini, xüsusi təynatlı bölüyün komandiri, kicik mütəxəsislər hazırlayan tədris bölüyün komandiri- baş müəllim vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.O,2021 -ci illin dekabr ayında “Hərbi Xidmətkeçmə Haqqında” əsasnamənin 156-cı maddəsinin v) bəndinə əsasən Din-in Daxili Qoşunların Baş İdarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxlıb.Hal- hazırda Mübariz Yahyayev ARDNŞ-nin Neft-Qaz cıxarma idarəsindən işləyir.
Mübariz Yahyayev Azərbaycan Respubilkasının ərazi bütövlüyü uğrunda (Goronboy,Şuşa, Ağdam, Ağdərə, Füzuli və Cabrayıl rayonları istqamətində gedən döyüşlərdə) üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Kapitan Mübariz Yahyayev Goronboy və Ağdam rayonlarının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 2 (iki) dəfə yaralanıb.Müharibə veteranıdır.
O,Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,dövlət əhəmiyyətli obyektlərin mühafizəsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində və ictimai təhlükəsizliyin təmin olunmasında, fövqalədə hallar və hərbi vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, bədbəxt hadisələrin,yanğınların qəzaların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi və iş yoldaşları onu, vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri, döyüş və ictimai - sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla və nümnəvi xidmətlərinə görə bir sıra medallarla döş və yibiley nişanları ilə təltif olunub, bir cox fərmanlarla,diplomlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN MÜBARİZ!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN,
BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Reslubilkasının Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder